Gündəm

Lavrov Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Azərbaycan Respublikasında səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb. Boyukmillet.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Read More »

Ağstafada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqə və idman yarışlarının qalibləri mükafatlandırılıb.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar Ağstafa Rayon İcra hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonda yeniyetmə və gənclər arasında “İfaçılıq”, uşaq və yeniyetmələr arasında “Elmi-texniki yaradıcılıq” müsabiqələrinə, eləcə də “Nə? Harada? Nə zaman?” milli intellektual oyununa və məktəblilər arasında futzal üzrə rayon birinciliklərinə yekun vurulub. Bu münasibətlə qeyd olunan tədbirlərdə yüksək yerləri tutan iştirakçılar müvafiq …

Read More »

Lavrovdan Zəngəzur açıqlaması

Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri həmin ölkələrin liderləri tərəfindən yaradılmış işçi qrupu çərçivəsində müntəzəm olaraq görüşür, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası barədə liderlərin razılaşmaları ilə əlaqədar praktiki aspektləri nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. “Əlbəttə, bu, müxtəlif …

Read More »

Ərdoğan Şuşaya niyə gəlir? – Tarixi səfərin bəzi detalları məlum oldu

May ayının 20-si ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri gözlənilir. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Türkiyə prezidenti özü də açıqladığı kimi kimi Ramazan bayramından sonra Qarabağa səfər edəcək. R.T. Ərdoğanın səfəri zamanı mühüm təməlqoyma mərasimlərinin olacağı gözlənilir. Qardaş ölkənin rəhbəri Şuşa səfəri ilə bağlı açıqlamasında Ramazan bayramından sonra Şuşada yenidən bayram yaşamaq istədiyini vurğulayıb: “Başda İlham Əliyev olmaqla …

Read More »

Stalin Hitlerin intihar xəbərinə belə reaksiya verib: “Əclaf çox oynadı…”

Məğlubiyyətinin bir addımlığında olanda, Adolf Hitler onu hansı aqibətin gözləyəcəyini dərk edərək bəlkə də ən düzgün yolu seçib – intihar yolunu. Fürer yaxşı anlayıb ki, ələ keçəcəyi təqdirdə İosif Stalinin qisası amansız olacaq. Beləliklə də o, 30 aprel 1945-ci ildə öz qərarını verib. Maraqlıdır ki, Stalin Hitlerin intihar xəbərini necə qarşılayıb, bu xəbəri ona birinci kim verib? 1945-ci il aprel …

Read More »

Ərdoğan: “Türkiyənin təhlükəsizliyini pozmağa çalışan xain əllər kökündən kəsiləcək”

“Qəndili çökürtməyə qərarlıyıq”. Boyukmillet.com xəbər verir ki, terrorçular tərəfindən övladlarının oğurlanması səbəbindən Diyarbəkirdə etiraz aksiyası keçirən analarla birgə iftar süfrəsi arxasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin terrorla mübarizəsindən danışarkən bunu deyib. Ərdoğan bildirib ki, Türkiyənin təhlükəsizliyini pozmağa çalışan xain əllər kökündən kəsiləcək: “Necə Qabarı, Cüdini, Bestler dərəsini terrorçulara dar elədik, Qəndil də onlar üçün qaranlıq zülmət olacaq. Türkiyədə reallaşdıra …

Read More »

Terrorçu FETÖ-dən daha bir XƏYANƏT : Rəsmən saxta “erməni soyqırımı”nı tanıdığını AÇIQLADI – FOTOFAKT

Türkiyədə dövlət çevirilişinə cəhd etməklə böyük bir xəyanətə imza atan Fətullahçı Terror Təşkilatı (FETÖ) daha bir xainliyə imza atıb.  Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Türkiyəyə təzyiq üçün 1915-ci il hadisələrini “soyqırım” kimi tanımasından sonra, FETÖ-də açıqlama verərək saxta “erməni soyqırımı”nı tanıdığını bildirib.    Terror təşkilatı Fətullah Gülənin sözçüsü və qohumu Əhməd Kurucan FETÖ adına saxta …

Read More »

Türkiyə rəsmilərindən İsrailə sərt Məscidül-Əqasa ETİRAZI : “Məsciddə ibadət edənlərə silahlı hücum bütün dünyanın ayıbıdır”

İsrail polisinin gecə saatlarında  Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsada təravih namaz qılan müsəlman camaata hücum etməsi Türkiyənin sərt etirazlarına səbəb olub.  Boyukmillet.com xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu tvitterdən etdiyi açıqlamada İsraili sərt şəkildə qınayıb.  Cavuşoğlu “Bu gecə, ilk qibləmiz olan Məscidül-Əqsaya edilən hücumu qəti şəkildə qınayıram. İsrailin müqəddəs Ramazan ayında günahsız müsəlmanları hədəf alması insanlıqdan kənar bir şeydir. Yaralılara …

Read More »

Əli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. Boyukmillet.com-un xəbərinə görə, ASC əmr icraatı üzrə müqavilə tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İş hakim Leyla Əliyevanın icraatına verilib. Qeyd edək ki, “Kaspi Global” MMC 2011-ci ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi …

Read More »