Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon sakinləri Sahib Mehdiyev, Laçın Kərimov və Əkbər Əkbərova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq …
Read More »Tağıyevin Fransadakı nəticəsi: “Qarabağa gedəcəyəm”
“Tezliklə Qarabağda olacağam. Məqsədim bu müharibədən və bu tarixi ərazilərdən fransız oxucuları üçün yazmaqdır. Düşündüyümdən daha faydalı ola biləcəyim şey budur”. Boyukmillet.com xəbər verir ki, bunu Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod feysbukda yazıb. Xatırladaq ki, A.Klod məşhur milyonçunun ikinci oğlu Sadıx Tağıyevin nəvəsidir. O, ilk dəfə ötən il Azərbaycana səfər edib.
Read More »Hindistanın “MiQ-29” qırıcısı qəzaya uğrayıb
Hindistan Hərbi-Dəniz Qüvvələrinə məxsus “MiQ-29” qırıcısı Ərəb dənizi üzərində təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Boyukmillet.com “Times of India”ya istinadən xəbər verir ki, bunu Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi bildirib. Hadisə nəticəsində pilot itkin düşüb. Ölkənin Hərbi-Dəniz Qüvvələri qəza ilə bağlı araşdırmalara başlayıb. Hadisənin səbəbi hələ ki məlum deyil. Qırıcı “Vikramaditya” aviadaşıyıcısından havaya qalxıbmış. Bildirilib ki, Hindistan donanmasında istismar edilən “Vikramaditya” (keçmiş …
Read More »Paşinyan itkin düşən erməni hərbçilərinin valideynləri ilə görüşmədi
Ermənistanın paytaxtı Yerevan şəhərində Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri və yaxınları baş nazir Nikol Paşinyanın kortejinin keçdiyi yolu bağlayıblar. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, yolun ortasında dayanan şəxslər baş nazirin gəlişini gözləyiblər. Lakin hökumət başçısı onlarla görüşməkdən imtina edib. Daha sonra etiraz edənlərin on nəfəri ilə görüşməyi qəbul etsə də, bu …
Read More »Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir – İSBAM sədri
Fransa senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı qəbul etdiyi qətnamə təcili ləğv edilməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında bu gün Fransanın Azərbaycandakı Səfirliyi qarşısında keçirilən aksiya iştirakçısı, Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib. O bildirib ki, bu qətnamə Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir: “Biz Fransa dövlətinə qarşı Azərbaycan ictimaiyyətinin nifrətini bildiririk. Fransa Senatının bu qərarı Azərbaycan …
Read More »Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib. Boyukmillet.com xəbər verir ki, aksiya iştirakçıları Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qətnamənin qəbul edilməsinə etiraz ediblər.
Read More »Erməni valideyn: “Əsgər və hərbçilər koronavirusa, dizenteriyaya yoluxub”
“Döyüşlərdən sonra əsgərlərin vəziyyəti çox ağırdır”. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirən əsgər valideynlərindən biri deyib. “Müharibədən sonra onların psixologiyası pozulub, əsəbləri yerində deyil, yorğundurlar. Araik Arutyunyan (separatçıların başçısını nəzərdə tutur – red.) bildirib ki, bütün hərbçilər koronavirus, dizenteriya və hemorroydan əziyyət çəkir. Bizim uşaqlar üçün niyə minimal şərait yaradılmayıb …
Read More »Ermənistan MN qarşısında etiraz aksiyası – Yüzlərlə itkin barədə məlumat tələb olunur
Ermənilər Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilir ki, səfərbərlik zaman müharibəyə çağırılan yüzlərlə insan barədə hələ də heç bir məlumat yoxdur. İtkin düşənlərin ailələri, qohumları bir neçə gündür Ermənistan Müdafiə Nazirliyinin qarşısına yığılaraq məlumat tələb edirlər.
Read More »Milli Məclis Fransa senatının qətnaməsilə bağlı etiraz bəyanatını müzakirə edir
“Dünən Fransa senatında çirkin qətnamə qəbul edilib. Milli Məclis Fransa senatının bu qətnaməsi ilə bağlı bəyanat qəbul etməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, aparılan bu danışıqlarda xüsusən diqqəti çəkən Fransanın təcüvüzkarı öz adı ilə çağırmaması olub: “Bütün bunlar Fransanın həmsədr olmasını şübhə altına alır. Azərbaycanın …
Read More »Ermənistanın iqtisadiyyat naziri istefa verdi
Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan istefa verib. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu mətbuat katibi Anna Ohanyan təsdiqləyib. T.Xaçatryanı kimin əvəzləyəcəyi hələlik bəlli deyil. Qeyd edək ki, Tiqran Xaçatryan Ermənistanda istefa verən 6-cı nazir oldu.
Read More »