Cümə axşamı , 19 Fevral 2026

Gündəm

FHN: Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib. “Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, …

Read More »

Hikmət Hacıyev: “Gəncə və Mingəçevir raket hücumlarına məruz qalıb”

“Ermənistanın humanitar atəşkəs arxasında gizlənən silahlı qüvvələri terror və hərbi cinayət əməllərini davam etdirir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb. “Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Xəsarət alanlar və dəyən zərər dəqiqləşdirilir”, – o qeyd edib.

Read More »

Azərbaycan Prezidenti: “Artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil”

“Təəssüf ki, mülki şəxslər arasında insan itkisi davam edir, artıq 47 nəfər oldu və 222 mülki şəxs yaralandı, 2 minə yaxın ev ya tamamilə dağıldı, ya da ki, böyük ziyan gördü. Mən bunu demişdim, biz bu insanların qisasını döyüş meydanında alacağıq. Biz heç zaman mülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Bu …

Read More »

“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib 

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni xidmət və yaşayış kompleksi tikilmişdir. Boyukmillet.com NUHÇIXAN İnformasiya Agentliyi istinadən xəbər verir ki, oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Əməliyyat Taborunda olmuş, görülən işlərlə maraqlanmışdır. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov Ali Məclisin Sədrinə raport vermişdir.Ali Məclisin Sədri şəxsi heyəti salamlamışdır. Naxçıvan …

Read More »

Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, bu məqsədlə qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində keçirilən tədbirlər zamanı bəzi vətəndaşların özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etmədiyi müəyyən edilib. Bəzi …

Read More »

Hikmət Hacıyev: “Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır”

“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. “Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, – o vurğulayıb. Armenia launched missile attack to …

Read More »

Ermənistan Ordubada raket atıb

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Read More »

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər tətbiq edilir: …

Read More »

Azərbaycanda yoluxanların sayı 500-ü ötdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb. Hazırkı dövrədək ölkəmizdə 43 min 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 990nəfərdir. Ötən müddət ərzində 1 milyon 201 min 924 test aparılıb. …

Read More »