Yeni Azərbaycan Partiyasındakı böhran hər gün daha da dərinləşir, özünü “köhnə qvardiya”nın üzvü hesab edən şəxslər hazırda ağır psixoloji sarsıntılar keçirirlər. Hesab edirlər ki, YAP-ın qurulmasında və təşkilatlanmasında onların böyük əməyi var, ömürlərinin böyük hissəsini partiyada keçiriblər, ona görə də onlara kimsə toxunmamalıdır və ölkədə bütün sahələr üzrə aparılan islahatlar hakim partiyadakı bu şəxslərin toxunulmazlığına kölgə salmamalıdır. Azsiyasət.com-a daxil olan məlumata …
Read More »Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, tədbirlər çərçivəsində sentyabrın 12-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas …
Read More »Hikmət Hacıyevdən Livan ermənilərinin Şuşaya köçürülməsinə MÜNASİBƏT
“Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət …
Read More »Siyavuş Novruzov iclas keçirəcək
Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyasının ilk iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib. Bunlar Regional məsələlər komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsidir. Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.
Read More »Binəqədi koronavirus yoluxmasına görə liderdir – səbəb…
Adil Qeybulla: “…insan sıxlığı xəstəliyin yayılmasına səbəb olur” Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,3 faizi həmin rayonun payına düşür. Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Ümumi yoluxma hallarının 56,2 faizi …
Read More »Valideynlərin nəzərinə-Məktəbə gül və şar aparmaq olmaz
“Dərs ili başlananda şagirdlərin müəllimlərə gül dəstəsi aparmasına ehtiyac yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.O, qeyd edib ki, müəllimlərə gül dəstəsinin aparılması ilə bağlı məsələ əslində qanunla tənzimlənmir. Lakin bununla bağlı valideynlərə müraciət olunub: …
Read More »Sahibə Qafarova Mustafa Şentopla görüşüb – FOTO
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.
Read More »Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Ermənistanın siyasi-hərbi rəhbərliyi son zamanlar daha ritorik və isterik davranış tərzi nümayiş etdirməkdədir. Bu ilin iyulunda Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində hərbi təxribatı Ermənistanın avantürist siyasətinin növbəti təzahürü oldu. Əslində, bu hərbi təxribat Ermənistanın müdafiə naziri David Tonoyanın “Yeni ərazi-yeni müharibə” formulunda nəzərdə tutulan hərbi əməliyyatların Azərbaycanın digər ərazilərinə keçirilməsi kimi avantürist niyyətinin reallaşdırılması istiqamətində atılmış əməli addım kimi qiymətləndirilməlidir. …
Read More »Mirkazım Seyidovdan Ramiz Mehdiyevə şok sözlər
Tanınmış ictimai-siyasi xadim, Azərbaycan diaspor quruculuğunun formalaşmasında müstəsna xidmətləri olan, uzun müddət müztəlif ölkələrdə, xüsusilə də, Rusiyada Azərbaycan həqiqətlərinin ən parlaq təbliğatçılarından biri, “Tərəqqi” medalı laureatı, yazıçı Mirkazım Seyidov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqqında ciddi ittihamlar səsləndirib. Boyukmillet.com M.Seyidovun fikirlərini olduğu kimi təqdim edir: “Sizin mənə etdiyiniz təklif Dövlət başçısına qarşı, Mehriban xanım Əliyevaya qarşı təxribat idi. 2 saat Əli Həsənoun …
Read More »Sentyabrın 14-də metro açılır? – Rəsmi AÇIQLAMA
Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimində mərhələli şəkildə yumşalmalara gedilir. Gələn həftədə də növbəti yumşalmalara gedilməsi gözlənilir. Bundan əlavə sentyabrın 14-də Bakı metrosunun açılacağı ilə bağlı iddialar da var. Həmin vaxt metro açıla bilərmi? Mövzu ilə bağlı konkret.az-ın sualını cavablandıran “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun nə zaman açılacağı ilə bağlı rəsmi məlumat yoxdur: …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar