“Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadov bu günlərdə həbs olunan Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənovla yaxın münasibətlərdə olduğunu etiraf edib. Hikmət Cavadov Eldar Həsənovla yaxınlığı barədə ötən gün Demokrat.az-da gedən məqaləyə özünəməxsus şəkildə aqressiv və təhqirlə reaksiya verib. O, feysbuk səhifəsində qeyd edib: “Məni tanıyanlar bilirlər ki, mən hər zaman dövlətimə sadiqəm. Dövlətim, …
Read More »Kəramət Böyükçöl saxlanılıb – DİN açıqlama yaydı
Yazıçı Kəramət Böyükçöl polis tərəfindən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, yazıçı “facebook”da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib. Polis əməkdaşları bildiriblər ki, məişət zəminnidə səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb. Daxili İşlər Nazirliyi (DİN) gənc yazar Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, K. Böyükçölün kirayədə yaşadığı binanın sakinləri …
Read More »Eldar Həsənovun anti-dövlət şəbəkəsində kimlər yer alıb? — ADLAR və PLANLAR
Haqqında məhkəmənin hökmü ilə 3 aylıq həbs qətimkan seçilən və hazırda əməlləri ilə bağlı istintaq araşdırması aparılan keçmiş səfir Eldar Həsənovun şəbəkəsinin üzvləri bir-bir ortaya çıxır. Əslində hər şey təbii proses olaraq baş verir. Eldar Həsənovun həbs edilməsi onun müxtəlif yollarla dəstəklədiyi, maliyyələşdirdiyi şəxsləri və qrupların hay-küy salmasına səbəb oldu. Bu kateqoriyaya iki qrup aiddir: Birinci qrup Eldar Həsənova “vəfa …
Read More »Azərbaycanda bu tarixdə həm koronavirus, həm də karantin rejimi bitə bilər – AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə ki, avqustun 17-də açıqlanan rəsmi statistikaya görə 124 nəfər koronavirusa yoluxub, 167-si isə sağalıb. İki nəfər isə dünyasını dəyişib. Bu artım ölkədə koronavirusun ikinci dalğasının başlamasından xəbər verir? Boyukmillet.com bildirir ki, bununla bağlı KONKRET.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, ikinci dalğanın olması üçün birincinin sona çatması vacibdir: “Birinci dalğa …
Read More »Azərbaycanda polis BIÇAQLANDI
Avqustun 17-də saat 03 radələrində Astara rayonu ərazisində polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanması barədə rayon prokurorluğuna məlumat daxil olub. Boyukmillet.com bildirir ki, Astara rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən …
Read More »“Əl-Cəzirə”dən azərbaycanlı gəncə yüksək etimad – FOTO
Məşhur “Əl-Cəzirə” kanalında çalışan azərbaycanlı xanım Aysəba Umutlu Yaxın Şərq ölkələrinin liderlərini birləşdirən “Yaxın Şərq Liderlik Akademiyası”nın (MELA) 2020-2022-ci illər üçün Qətər üzrə prezidenti seçilib. Aysəba Umutlu təşkilatda yeganə ərəb olmayan prezidentdir.
Read More »Teleaparıcı Naxçıvan əhalisindən üzr istəyib – Video
Tanınmış teleaparıcı Elçin Əlibəyli Naxçıvan MR əhalisindən üzr istəyib. Boyukmillet.com xəbər verir ki, buna səbəb teleaparıcının “El bizim sirr bizim” verilişində Naxçıvan MR Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumatın getməsi olub. Belə ki, verlişdə qonaq qismində qatılan əslən Sədərək rayonundan olan şair Kamaləddin Qədimin Muxtar Respublikanın Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verib. Daha sonra şair bu məsələni …
Read More »Ermənilər Tovuzun kəndlərinə pulemyotlardan atəş açıblar – Müdafiə Nazirliyi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, …
Read More »Bu gündən kafe, restoran və çayxanalar açılır
Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində avqustun 18-dən dəyişiklik edilməsi haqda qərar qəbul edib. Boyukmillet.com Operativ Qərargaha istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə bu gündən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib. …
Read More »Karantinə nəzarət gücləndirildi – Bakıda
Fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib.Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar