Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib. Səfirlikdən verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçi”sinin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.Məlumata görə, fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması …
Read More »Yüzlərlə Qarabağ döyüşçüsü niyə veteran adı ala bilmir? – Ləğv edilmiş hərbi hissələr, itmiş arxivlər, problemli sənədlər (ARAŞDIRMA)
Birinci Qarabağ müharibəsində minlərlə Azərbaycan vətəndaşının iştirak etməsinə baxmayaraq, 1994-cü ildən bu günədək hələdə çox sayda insan müharibə veteranı statusunu ala bilməyib. Veteran təşkilatlarının rəsmilərinin sözlərinə görə, digər güc strukturlarında sözügedən məsələ 15-20 il əvvəl həll edilsə də Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin, əlahiddə taborların sıralarında döyüşmüş yüzlərlə insan müvafiq icra hakimiyyəti orqanlarının süründürməçiliyi, ən başlıcası isə Müdafiə Nazirliyinin Mərkəzi …
Read More »Həbs olunan İcra başçısının oğlu FHN-də bu vəzifədə işləyir
Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və həbs olunanların arasında rayon İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də olduğu bildirilir. boyukmillet.com xəbər verir ki, həbs olunduğu bildirilən İsmayıl Vəliyevin oğlu Məhərrəm Vəliyev Fövqaladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində rəis müvini vəzifəsində çalışır. Məlumat üçün bildirək ki, İsmayıl Vəliyev də vaxtı ilə Kəmaləddin Heydərovun …
Read More »“Milli Məclisdə ilk fürsətdə qurban verilə bilən üzv olacağımı bilirəm”- ERKİN QƏDİRLİ
“Ünvanıma yazılan tənqidləri, hətta söyüşləri, anlayışla qarşılayaraq, çoxlarının nəticə çıxarmağa tələsdiyini bildirməliyəm”. Boyukmillet.com xəbər verir ki, bunu ReAL Partiyasının sədr müavin, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən lider namizəd Erkin Qədirli sosial şəbəkədə ona ünvanlanan tənqidlərə münasibət bildirərkən deyib. E.Qədirli deyib ki, hansı riskləri üzərinə götürdüyünü, hansı məsuliyyətin altına girdiyini yaxşı anlayır: “Bu işdə öz xeyrimi güdmürəm, əksinə, daha çox itirirəm. …
Read More »DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib. Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd cip gəlib. *** DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib. *** Boyukmillet.com xəbər verir ki, hazırda Neftçala rayon İcra Hakimiyyətinə …
Read More »Xarkov şəhərində Xocalı qurbanlarının anım gecəsi keçirilib.
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Xarkov şəhərində Xocalı soyqrımının 28-ci ildönü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimində Xarkov Vilayət Admnistrasiyasinın rəsmi nümayəndələri, nüfuzlu ali təhsil ocaqlarının rektorları,elm və mədəniyyət xadimləri, diaspora və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib. Ermənilərin son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdiyi soyqrım siyasətini tarixi faktlarla mərasim iştirakçilarının diqqətinə çatdıran Azərbaycanın Xarkov …
Read More »İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü
Beynəlxaql Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Ordusunun hərbçisinin meyitinin neytral ərazidən götürülməsi barədə yayılan xəbərləri təsdiqləyib. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA -ya açıqlamasında bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhəddində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif …
Read More »Vidadi Zeynalovla Beytulla Hüseynovun əmlakları ilə bağlı araşdırma aparılır – Nazirliik tərəfindən
Ali Məhkəmədə keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirlib. Boyukmillet.com “Report”a istinadla xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda zərərçəkmiş hüquqi şəxs – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi vəsatətlə çıxış edib. O bildirib ki, kassasiya şikayətləri müsadirə edilməsi …
Read More »“Sədərək” TM-də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək – RƏSMİ
Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzində (TM) baş verən yanğın nəticəsində zərər çəkən sahibkarlara kompensasiya ödəniləcək. Bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib. Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyan tam ödəniləcək: “Bu ilin yanvar ayından ticarət mərkəzindəki bütün mağazaların sığortalanmasına başlanıb. Artıq bazardakı əksər mağazalar sığortalanıb. Yəqin …
Read More »“Sədərək”də başlayan yanğın söndürüldü – Nazir müavini hadisə yerindədir
“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.Hazirda Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Read More »