Şənbə , 13 Dekabr 2025

Hərbi

Dövlət Komissiyası Ağdərədə saxlanılan hərbçinin geri qaytarılması ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, 14 iyul 2021-ci ildə Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətandaşları – Gümrü şəhər sakini, hərbi qulluqçu, 27.10.1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs 07.08.1963-cü il təvəllüdlü Torozyan …

Read More »

2021” təlimlərində hərbi təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edir – VİDEO

Boyukmillet.com xəbər verir ki, “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər. Tapşırığın ssenarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.

Read More »

Türkiyə Müdafiə Nazirliyi Laçındakı birgə təlimlərlə bağlı məlumat yayıb

Qədim və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət!” anlayışı ilə bir yumruq olmağa davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları sentyabrın 6-dan Laçında “Birgə Komando Əməliyyatı” təlimi keçirir. Təlimlər sentyabrın 10-dək davam edəcək”, – nazirlikdən bildirilib. Qeyd edək …

Read More »

Samir Əsədli: “ Rus sülhməramlıları bölgəyə qondarma rejimin öz qanunsuzluqlarını davam etdirməsini müşahidə etmək üçün yerləşdirilməyib”

Rüstəm Muradov Azərbaycan hərbçisini terrorçuların əlindən alaraq dərhal bizə təhvil verməli idiYenidən gərginliyin yaranmaması üçün Azərbaycan əsgəri ən qısa müddətdə sərbəst buraxılmalıdırQarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib. General hərbçi Cəmil Babayevin saxlanma şəraiti ilə tanış olub. Muradov onun ailə üzvləri ilə əlaqə yaratması üçün şərait yaradılacağını bildirib. Qeyd edək …

Read More »

MN: “Qanunsuz erməni silahlı dəstələrinin Şuşa istiqamətində təxribatının qarşısı alınıb, qarşı tərəf itki verib”

Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub. Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Bildiririk ki, …

Read More »

Vaqif Dərgahlı yeni vəzifəyə təyin edilib

Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mətbuat Xidmətinin rəisi vəzifəsi isə Xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.

Read More »

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsi Anar Eyvazova həvalə edilib

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə polkovnik-leytenant Anar Eyvazov təyin olunub. Mətbuat Xidmətinin rəisi vəzifəsi A.Eyvazova həvalə edilib.

Read More »

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib. “Report” xəbər verir ki, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün …

Read More »

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlim keçirəcək

“Dəniz kuboku” başa çatdıqdan sonra Azərbaycan, Rusiya, İran və Qazaxıstana məxsus gəmilər sentyabr ayında Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi Sergey Yekimov məlumat verib. “Dəniz kuboku” başa çatdıqdan dərhal sonra keçiriləcək birgə təlimlərdə Rusiya hərbi-dəniz donanmasının, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcək. Bir neçə …

Read More »

Zakir Həsənov erməni təxribatına adekvat cavab verilməsi tapşırığını verib

Avqustun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə …

Read More »