Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Medalı fevralın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Ş.Alpaya təqdim edib. Qeyd edək ki, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay Bakıda səfərdədir. O, Z.Həsənovla görüşüb.
Read More »Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib
Fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və …
Read More »Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb
2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz xüsusi təyinatlıları ilə kəşfiyyat tapşırıqlarının icrası üzrə məşqlər keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Real döyüş şəraitinə uyğunlaşdırılmış təlim məşqlərində xüsusi təyinatlılar müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatlarının, o cümlədən yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqları icra …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com nazirliyə istinadən icmalı təqdim edir:
Read More »Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub”, – hərbi qurum açıqlayıb.
Read More »Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır
Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Atəşin bu koordinatlarda (40° 05′ 04″ N; 45° 52′ 28″ E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı …
Read More »Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini yenidən atəşə tutub
Ermənistan yenidən atəşkəs rejimini pozub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Read More »Xüsusi təyinatlılar şərti düşmənin yerləşdiyi yüksəkliyə basqın tapşırığını yerinə yetiriblər
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimdə əvvəlcə qarlı-çovğunlu havalar və çətin keçiləbilən ərazilərdə şəxsi heyətin fəaliyyəti üçün lazım olan təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təminatı, həmçinin bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyəti yoxlanılıb. Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və …
Read More »Ermənistan bölmələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Nazirlikdən verilən məlumata görə, İki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və …
Read More »Azərbaycanın döyüş gəmiləri şərti düşmənin suüstü və hava hədəflərini məhv edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş taşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
