Şənbə , 13 Dekabr 2025

Hərbi

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub. Boyukmillet.com xəbər verir ki, bu, hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub. Bildirilib ki, təcavüzkar müharibə nəticəsində Azərbaycanın mülki infrastrukturuna, iqtisadiyyatına, ekologiyasına, müdafiə arsenalına və digər sahələr üzrə Azərbaycana ümumilikdə 100 milyard …

Read More »

Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb

Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi fevralın 16-da keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: “Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimi zamanı …

Read More »

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. “Report”un məlumatına görə, sənədə əsasən 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi …

Read More »

DSX hərbçisinin qəza nəticəsində öldüyü bildirilir

Hadisə Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində baş verib Fevralın 9-u axşam saatlarında “Prado” markalı avtomobilin piyadanı vurduğu deyilir.  Məlum olub ki, qəza nəticəsində ölən şəxs Dövlət Sərhəd Xidmətinin (DSX) məzuniyyətə çıxmış hərbi qulluqçusudur. Report xəbər verir ki, faktla bağlı araşdırma aparılır. Ölən hərbçi 1987-ci il təvəllüdlü Şeydabəy Pirəmməd oğlu Qəhrəmanov Xaçmaz rayonu, Qusarçay kənd sakinidir.

Read More »

Azərbaycan hərbçiləri Pakistanda gəmilərin zəbt olunması təlimini icra ediblər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Pakistanın Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimində gəmilərin zəbt olunması tapşırığını icra ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanı təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış …

Read More »

“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq

“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üzrə İş Planında əks olunub. Qanun layihəsini parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi hazırlayacaq.

Read More »

Cihangir İşbilir: “Türkiyə-Azərbaycan qardaşlığı əbədi olsun” – FOTOLAR

“Qəhrəman qazilərimizlə birlikdə 20 Yanvar şəhidlərimizi ziyarət etdik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Əziz millətimizə və dövlətlərimizə əbədi müstəqillik nəsib etsin. Türkiyə və Azərbaycan qardaşlığı və müttəfiqliyi əbədi olsun”. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir deyib.

Read More »

Qurumlara hərbi xidmət yaşının endirilməsi ilə bağlı dəyişikliklərin tətbiqi üçün təkliflər hazırlanması tapşırılıb

Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün hazırlanan mexanizmlər Nazirlər Kabinetinə təqdim olunub. Boyukmillet.com  xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 87-VIIQD …

Read More »

Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb

2025-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, planda cari il ərzində nəzərdə tutulan birgə tədbirlər, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib. 2025-ci il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, …

Read More »

MN: Son günlər Ermənistan Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atəşə tutub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Məlumata görə, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini …

Read More »