Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.
Read More »Azərbaycan-Özbəkistan hərbi mütəxəssisləri praktiki məşğələləri izləyiblər
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsində olub.“Qonaqları salamlayan general-mayor Anar Kərimov nümayəndə heyətinə Azərbaycan Ordusunun azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən …
Read More »Azərbaycan və Qazaxıstanın hərbi hüquqşünaslarının görüşü keçirilib
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb: “Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə …
Read More »Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib
2024-cü ilin hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, artilleriya qurğularının döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər. Təlimin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların …
Read More »Baş Qərargah rəisi Qazaxıstanda “Altın Kıran – 2024” təliminin taktiki epizodunu izləyib
Qazaxıstanda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonuna gəlib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi …
Read More »Azərbaycan Ordusuna sürücü axtarılır
Azərbaycan Ordusunun hərbi hissələrinə sürücü axtarılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir.Tələb olunan sənədlər aşağıdakılardır:– C, D, E kateqoriyalı sürücülük vəsiqəsi;– şəxsiyyət vəsiqəsi;– hərbi biletin surəti;– tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);– rəngli fotoşəkil (2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm …
Read More »MN: Ermənistana məxsus kvadrokopterin kəşfiyyat uçuşları cəhdinin qarşısı alınıb
Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, – deyə məlumatda qeyd edilib.
Read More »Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonunda “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təlimi keçirilir. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib.“Altın Kıran – 2024” birgə taktiki-xüsusi təlimi …
Read More »Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Azərbaycanın müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, avqustun 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Andiçmə mərasimlərində hərbi orkestrların müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir:
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
