Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Bu barədə Open.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Read More »

Səfərbərlikdən könüllülərə niyə zəng edilir? – RƏSMİ CAVAB

Bu gün sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında qeydiyyatdan keçən şəxslərə Xidmətdən zəng edilməsi haqda məlumat yayılıb. Boyukmillet.com xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov bildirib ki, müraciət edənlərə zəng edilməsinin səbəbi sadəcə onların anket məlumatlarının tam doldurulması olub. “Edilən zənglər …

Read More »

Tovuz istiqamətində daha bir erməni hərbçi MƏHV EDİLDİ

Azərbaycan-Ermənistan sərhəddində erməni hərbçi məhv edilib. Ermənistan KİVxəbərlərinə görə, Tavuş vilayətinin Azərbaycanla həmsərhəd ərazisində baş verən atışma zamanı əsgər Aşot Gevorkoviç Mikaelyan məhv edilib. Hadisənin gecə saat 02:00 radələrində Azərbaycan istiqamətində təxribat cəhdi zamanı baş verdiyi bildirilir.

Read More »

Düşmən atəşkəs rejimini yenidən pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub. Boyukmillət.com xəbər verir ki, bu barədə Open.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz …

Read More »

Əlahiddə Ümumqoşun Orduya yeni müasir texnikalar verilib

Hərbi infrastrukturun yenilənməsi işlərinin daha keyfiyyətlə aparılması məqsədi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına xüsusi tikinti-inşaat texnikaları gətirilib. Müdafiə Nazirliyindən Open.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən ötən ildən başlayaraq qardaş ölkədən Naxçıvan Muxtar Respublikasına yeni texnikaların gətirilməsinə başlanılıb. Tədbirlərin davamı olaraq yeni texnikaların növbəti hissəsi Əlahiddə Ümumqoşun Orduya …

Read More »

Azərbaycan kəşfiyyatı İrəvanda çaxnaşma yaratdı

Ermənistanda Azərbaycan xüsusi xidmət orqanlarının ermənilərdən informasiya əldə etdiyinə dair iddialar gündəmə gəlib. Boyukmillet.com xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (SNS) Azərbaycan kəşfiyyatının fəaliyyətinə dair açıqlama yayıb. Açıqlamada iddia olunur ki, Azərbaycan xüsusi xidmət orqanları Ermənistanın müxtəlif mobil operatorlarının nömrələrindən istifadə edərək, ermənilərə zəng edir, onlardan erməni hərbi birləşmələrindəki vəziyyət və digər məsələlərlə bağlı məlumatlar əldə edir. “094-39-75-95 və 093-52-72-08 …

Read More »

Müdafiə Nazirliyinin nümayəndələri Rəşad Atakişiyevin məzarını ziyarət edib

Müdafiə nazirinin tapşırığına əsasən, təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə Nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib. Bu barədə Open.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik Elşad Pənahov çıxış edərək R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət …

Read More »

Polkovnik: Düşmən PUA-ları niyə aktivləşib? – Video

Son vaxtlar ermənilər kəşfiyyat xarakteri daşıyan pilotsuz uçuş aparatlarından (PUA) tez-tez istifadə edir. Bu da məlum gərginlikdən sonra cəbhə bölgəsində və təmas xəttində olan müəyyən dəyişiklik və gücləndirmələri nəzərdən keçirmək məqsədi daşıya bilər. Lakin bu, bizim üçün ciddi və təhlükə yarada biləcək bir durum deyil. Boyukmillet.com bildirir ki, bu sözləri ehtiyatda olan polkovniki Şair Ramaldanov son vaxtlar Ermənistan tərəfinin PUA-ları aktivləşdirməsi və buna cavab …

Read More »

Naxçıvan dağlarının uca zirvələrində məskən salmış əsgərlərimiz qədim diyarımızı inamla qoruyurlar

Bu gün Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularımız Vətənə inamla xidmət edirlər. AZƏRTAC-ın Naxçıvan bürosu hərbi jurnalist Nəriman Nəcəfovun qartallar məkanı olan uca zirvələrdə strateji mövqelərdə qərar tutan əsgərlərimiz barədə qeydlərini təqdim edir. Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu qısa zamanda qət edərək mənzil başına …

Read More »

Ermənistanın Azərbaycanla sərhəddə yaralanan hərbi qulluqçusu ölüb

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə baş verən qarşıdurma zamanı yaralanan bir hərbi qulluqçunun öldüyünü açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 14-də ağır yaralanan 2001-ci il təvəllüdlü Artur Muradyan xəstəxanada dünyasını dəyişib.

Read More »