Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Türkiyə MN: “Naxçıvandakı hərbi kompleksin modernləşməsi Azərbaycanın xaricdən asılılığına son qoydu”

“Naxçıvandakı hərbi kompleksin modernləşməsi Azərbaycanın xaricdən asılılığına son qoydu”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Xatırladılıb ki, sentyabrın 25-də Azərbaycan və Türkiyə liderləri modernizasiya olunan Naxçıvan hərbi kompleksinin açılışında iştirak ediblər: “Artıq Azərbaycan hərbi ehtiyaclarını özü təmin edəcək”.

Read More »

Təcili: Vardanyan saxlanıldı, Bakıya gətirildi – Rəsmi

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə o, Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq …

Read More »

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 27-si saat 10:00-a olan məlumatı açıqlayıb. Boyukmillet.com siyahını təqdim edir: 1. Atıcı silah və qumbaraatanlar – 11052. Artilleriya silahları – 603. HHM vasitələri – 2264. Döyüş sursatları – 4253755. Təchizat və ləvazimatlar – 27216. Optik və digər cihazlar – …

Read More »

Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsi aşkarlanıb

Azərbaycan Müdafiə Nazirliyi Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntülərini yayıb. Boyukmillet.com görüntüləri təqdim edir:

Read More »

Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib. Boyukmillet.com xəbər verir ki, lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub. Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank …

Read More »

MN məlumat yaydı: iki şəhidimiz var

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. Boyukmillet.com xəbər verir ki, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub. Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. …

Read More »

Qarabağ bölgəsində silah-sursatın müsadirəsi prosesi davam edir

Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib. Boyukmillet.com xəbər verir ki, xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib. Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.

Read More »

Ordumuz Xocalıya da daxil oldu

Azərbaycan Ordusu Xocalı şəhərinə daxil olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Bez Tormozov” foto paylaşıb. Məlumatda bildirilib ki, Ordumuz rus sülhməramlıları ilə birgə hərəkət edib.

Read More »

Penitensiar xidmətinin Mühafizə Alayında müşavirə keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayında Xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov alayın komandir heyətinin iştirakı ilə müşavirə keçirib. Boyukmillet.com xəbər verir ki, müşavirədə Mühafizə alayında nizam-intizamın və döyüş hazırlığının gücləndirilməsi, maddi texniki, qida, tibbi təminatın, əsgər yataqxanaları və məişət şəraitinin yaxşılaşdırılması, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılması məsələləri ətrafında müzakirələr aparılıb. Alayın şəxsi heyətinin və həqiqi hərbi xidmət …

Read More »

MN: “Ordumuzun Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır”

“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır”. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda vurğulanıb.

Read More »