Qarabağdakı antiterror əməliyyatları barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Boyukmillet.com xəbər verir ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın …
Read More »Ordumuz bu əraziləri hədəfə almır – MN
Azərbaycan Ordusu Qarabağda keçirdiyi antiterror tədbirlərində mülki əhali və infrastruktur obyektləri hədəfə almır. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, – nazirlikdən qeyd olunub.
Read More »Ordumuz antiterror əməliyyatına başladı – Təcili
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə …
Read More »Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb
Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Read More »Azərbaycan Ordusunun komandanlıq heyətinin iştirakı ilə konfrans keçirilir
Sentyabrın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müdafiə nazirinin müavinləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də ideoloji iş və mənəvi-psixoloji təminat və hüquq ixtisası üzrə zabitlərin iştirakı ilə “Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi“ mövzusunda konfrans işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, konfransda cari il ərzində görülən işlər, hərbi hissə komandirlərinin şəxsi heyətin …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir:
Read More »“Azərsilah” QSC-nin yaradılması Ordumuzun müasir silahlarla təchizatı baxımından önəmlidir – ŞƏRH
Azərbaycan dövləti ordu quruculuğu ilə yanaşı, onun öz silahlarımızla təmin edilməsi məsələsinə də xüsusi diqqətlə yanaşır. Bu baxımdan 18 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması tarixi hadisə idi. Qırx dörd günlük Vətən müharibəsində Ordumuz öz silahlarımızdan da yararlandı. Bu gün həm Azərbaycan Ordusu, həm də Daxili İşlər Nazirliyi Müdafiə Sənayesi Nazirliyinin silahlarından istifadə edir. Prezident İlham Əliyevin Müdafiə Sənayesi …
Read More »Müdafiə naziri: “Ermənistanın və qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb”
“Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb”. Boyukmilldet.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edərkən deyib. Müdafiə Nazirliyində …
Read More »Azərbaycanın müdafiə naziri İran Silahlı Qüvvələrinin nümayəndələrini qəbul edib
Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. Əvvəlcə iranlı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik …
Read More »DTX: “Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır”
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar