Cümə axşamı , 11 Dekabr 2025

Hərbi

MN-dən ermənilərin yaydığı video ilə bağlı açıqlama

Ermənistan Müdafiə Nazirliyi uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov Ermənistan Müdafiə Nazirliyinin yaydığı videomateriala münasibət bildirərkən deyib. “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 …

Read More »

Ermənistan diversantlar göndərdi: böyük təxribat hazırlanır

Ermənistanın Kəlbəcər istiqamətində kəşfiyyat-diversiya qrupu göndərməsi qarşıdakı günlərdə daha böyük təxribat törətmək hazırlığı içərisində olduqlarını sübut edir. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O, təxribatların heç bir nəticə verməyəcəyini vurğulayıb: “BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı iddia qaldıran Ermənistanın belə bir addım atması sağlam məntiqə sığmır, dövlətimizi sözügedən istiqamətdə daha ciddi və sərt tədbirlər görməyə vadar edir. Böyük …

Read More »

SON DƏQİQƏ: Ermənilər Kəlbəcərdə təxribat törətdi: Ordumuz cavab verdi

Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri …

Read More »

Azərbaycan Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: “Məsuliyyət Ermənistanın üzərinə düşəcək”

Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların …

Read More »

Kəlbəcər və Sədərək istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Read More »

Azərbaycan gənclərinin qarşısında yeni hədəflər var – Açıqlama

Hər bir ölkənin gələcəyində, onun inkişafında gənclərin rolu böyükdür. Ümumiyyətlə, dövlətin güclü olması üçün onun gəncləri savadlı və vətənpərvər olmalıdır. Ölkəmizdə hazırda gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun olaraq davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş …

Read More »

Qarabağdakı erməni quldurları sülhməramlıların “çətiri” altında döyüş postlarına dəstək vasitələri daşıyır

Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin “çətiri” altında olan erməni quldur dəstələrinin qanunsuz fəaliyyəti davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Calibr” videogörüntülər yayıb. Videodan avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli transportyorunun müşayiəti ilə erməni quldur dəstələrinin döyüş postlarına dəstək vasitələrinin ötürüldüyü görünür.

Read More »

MN: “Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir”

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir. Boyukmillet.com xəbər verir ki, keçirilən məşğələlər zamanı azimutla hərəkət, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, patrul xidmətinin təşkili, eləcə də meşəlik ərazilərdə aşkar edilən şərti düşmənin pusquya salınaraq məhv edilməsi üzrə tapşırıqlar icra edilib. Həmçinin kütləvi qırğın silahlarından mühafizə üzrə …

Read More »

Nizamlana bilməyən ordu… Ermənistan hərbçilərinin narazılığı

“Ermənistan” və “Hərb” sözləri yanaşı gələndə “narazılıq” və “aksiya” fikirləri qaçınılmaz olur. Ötən aylar ərzində Xankəndində övladlarının taleyi üçün narahat olan əsgər valideynlərindən sonra bu dəfə ölkənin mərkəzində-hökumət binasının qarşısında Qarabağ müharibəsində iştirak edən hərbçilər etiraz aksiyası keçirib. Bəs ardı-arası kəsilməyən aksiyaların səbəbi nədir? Boyukmillet.com xəbər verir ki, mövzu ilə bağlı “MediaPost”a fikirlərini bildirən hərbi ekspert Emin Həsənli qeyd edib ki, …

Read More »

Azərbaycan MN: “Ermənistana məxsus kvadrokopter ələ keçirilib”

Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.

Read More »