Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
Read More »Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda bir qrup hərbi vəzifəlilərin iştirakı ilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb. Boyukmillet.com xəbər verir ki, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev təlim toplanışın keçirildiyi əraziyə gələrək təlim prosesinin gedişatı ilə maraqlanıb. Hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də təlimlərin daha …
Read More »Azərbaycan Ordusunun Ağdam istiqamətindəki mövqeləri atəşə tutulub
Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Zakir Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda iştirak edir
Mayın 26-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir. Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərdə …
Read More »Azərbaycan Ordusunun snayperləri praktiki atış çalışmaları yerinə yetiriblər
Azərbaycan Ordusunun Quru Qoşunlarının 2023-cü il üzrə hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər. Təlim sahəsində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən peşəkarlıqla icra olunub. Keçirilən təlim …
Read More »Kərim Vəliyev Pakistanın müdafiə naziri ilə birgə təlimlərin keçirilməsi məsələsini müzakirə edib
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin Federal müdafiə naziri cənab Asif Muhammed Xavaca ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan Pakistanın müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını …
Read More »Azərbaycan ötən il müdafiəyə nə qədər xərcləyib?
2022-ci ildə Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına 5 622,5 milyon manat vəsait yönəldilib. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurumun bugünkü iclasında müzakirə edilən “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib. Onun sözlərinə görə, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin …
Read More »Füzulinin Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib
“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Agentlik tərəfindən həmin ərazidə bir aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib: “Təxminən 1,4 hektar …
Read More »MN: “Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrini atəşə tutmayıb”
“Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrini atəşə tutmayıb”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd olunub.
Read More »Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdə taktiki təlim keçirib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına uyğun olaraq gəmilər həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılaraq Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər. HDQ bölmələri dənizdə terror-diversiya qruplarının məhv …
Read More »