Çərşənbə , 2 Aprel 2025

Hərbi

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib. Tədbirdə ehtiyatdan çağırılan hərbi vəzifəlilərə vətənpərvərlik mövzusunda konsert proqramı …

Read More »

Prezident İlham Əliyev həqiqi hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli …

Read More »

Uğurlu “Günnüt” əməliyyatından 5 il ötür

Uğurlu “Günnüt əməliyyatı”nın başlanmasından 5 il keçir Boyukmillet.com xatırladır ki, 2018-ci il mayın 20-də başlayan əməliyyatla Naxçıvan Muxtar Respublikasının minlərkə hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bununla da, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan …

Read More »

Azərbaycan Ordusunda silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi başa çatıb

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş, eləcə də xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilib. Boyukmillet.com xəbər verir ki, plana uyğun olaraq, yay mövsümündə silah və texnikanın fasiləsiz, eləcə də dayanıqlı istismarını təmin etmək məqsədilə hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikaya …

Read More »

Ermənistan Azərbaycana qarşı döyüş PUA-ları tətbiq edib

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib. Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür. “Bildiririk ki, bölgədə yaranan …

Read More »

Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir. Boyukmillet.com xəbər verir ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir. Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas …

Read More »

DSX-nin hərbi hissələrində gənc əsgərlər and içiblər

May ayının 12-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə qurumun Mətbuat Mərkəzindən bildirilib. Mərasimlərdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən …

Read More »

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini idi. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, o, bu gün Qəbələ şəhərində dəfn olunacaq. 2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.

Read More »

Azərbaycan MN: “Hərbi qulluqçumuz şəhid olub”

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Read More »