Cümə , 22 Noyabr 2024

Hərbi

Hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan media nümayəndələri ilə görüş keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində müxtəlif informasiya agentliklərinin hərbi vətənpərvərlik mövzusunda yazılar hazırlayan bir qrup media nümayəndəsi ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən görüşdə jurnalistlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, hərbi mövzuda yazıların məzmunu və hərbi sirr hesab olunan informasiyanın yayılmasının qarşısının alınması …

Read More »

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən viktorina keçirilib

N hərbi hissəsində müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən viktorina keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Liderin …

Read More »

Azərbaycanda müharibə veteranları üçün döş nişanının təsis edilməsi təklif edilir

Azərbaycanda müharibə veteranlarına döş nişanının təsis edilməsi təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və “Azərbaycan Respublikasının müharibə veteranı” statusu verilən şəxslər üçün döş nişanının təsis edilməsi təklif edilib.

Read More »

Hərbçilərə verilən kirayə pulunun artırılması təklif edilir

Hərbçilərə verilən kirayə pulunun artırılması təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Sənəddə qeyd edilib ki, güzəştli şərtlərlə mənzil əldə edən (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular istisna olmaqla) və ya yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzillə təmin edilən, lakin sonradan xidmət yeri dəyişdirilən …

Read More »

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığının yoxlanması üzrə tədbirlər keçirilib. Ümumqoşun poliqonunda keçirilən tədbirlərdə döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin məhv edilməsi üzrə yoxlama və nəzarət çalışmaları uğurla icra edilib. Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlərdə hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları …

Read More »

Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi qeyd olunub

Martın 1-də Müdafiə Nazirliyinin rəhbər heyəti Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak edib. Boyukmillet.com xəbər verir ki, tədbirdən əvvəl müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi institutun ərazisində yeni istifadəyə verilən idman kompleksində yaradılan şəraitlə tanış olub. Müdafiə nazirinə məruzə edilib ki, kompleksdə kursantların fiziki hazırlığının daha da yaxşılaşdırılması, eləcə də idmanın bütün növü ilə …

Read More »

Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində …

Read More »

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verilib

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib. Boyukmillet.com xəbər verir ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən bir neçə birləşmə və hərbi hissənin cəlb edilməsi ilə keçirilən təlimdə qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Təlimin növbəti mərhələsində idarəetmə məntəqələrində …

Read More »

Azərbaycan Ordusunun zirehli texnika heyətləri atəş hazırlığı üzrə çalışmalar yerinə yetirib

2023-cü ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana əsasən piyadaların döyüş maşınları (PDM) ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Keçirilən çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə …

Read More »

MN-nin Təlim və Tədris Mərkəzində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra Xocalı soyqırımına həsr edilən videoçarx nümayiş olunub. Anım mərasimində çıxış …

Read More »