Çərşənbə axşamı , 1 Aprel 2025

Hərbi

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Təxribat nəticəsində DSX-nin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən …

Read More »

Hərbi Hospitalda Novruz bayramı münasibətilə tədbir keçirilib

Gəncə Şəhər Hərbi Hospitalında Novruz bayramı münasibətilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Mərasimi giriş sözü ilə açan Hospitalın rəisi tibb xidməti polkovniki Hüseyn Qaçayev Novruz bayramı münasibətilə kollektivi və zabitləri təbrik edib, onlara xoş arzularını çatdırıb. O bildirib ki, …

Read More »

Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsində olublar. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, hərbi qulluqçularla görüşərək söhbət ediblər. Görüşdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb. Aparatın …

Read More »

İlham Əliyev: “Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər Ordumuz cavab verəcək”

“Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər Ordumuz cavab verəcək”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib. “İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura …

Read More »

Azərbaycan Ordusunun hərbi hissələrində döyüşə hazırolma vəziyyəti yoxlanılıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun bir neçə hərbi hissəsində bölmələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Yoxlamanın başlanması ilə əlaqədar olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad …

Read More »

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Martın 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad ediblər. Nümayəndə heyətini salamlayan Baş Qərargah rəisi …

Read More »

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, adekvat cavab tədbirləri görülüb

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan …

Read More »

İran Azərbaycana qarşı təxribat törədib: hərbi təyyarə ölkəmizin dövlət sərhədinin üstü ilə uçub

Bu gün, martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin və …

Read More »

Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb

11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq …

Read More »