Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun …
Read More »Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, başsağlığıda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.Sizin acınız bizim də acımızdır. Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir.
Read More »MN: Ordumuzun bölmələrinin guya qarşı tərəfə atəş açması barədə məlumat yalandır
Noyabrın 12-də saat 18:00-dan 19:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfin bölmələrinə atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – MN-dən bildirilib.
Read More »Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-ın hərbi attaşesi ilə görüşüb
Noyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Read More »Zakir Həsənov Türkiyənin hərbiyönümlü QHT rəhbərləri ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 11-də Azərbaycanda səfərdə olan Türkiyənin hərbiyönümlü qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Erdoğan Karakuş, Hamza Dürgen, Mustafa Işık və Beyazıt Yumuk ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazir Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq, qardaşlıq münasibətləri üzərində qurulduğunu və bundan sonra da uğurla inkişaf edərək güclənəcəyini vurğulayıb. Z.Həsənov qonaqlara Ali Baş …
Read More »Qarabağdakı qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan …
Read More »NATO Bakıda Azərbaycan hərbçilərinə təlim keçir
NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda “NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən “NATO və hərbi əməkdaşlıq”, “NATO-da əməliyyatların planlama prosesi”, “NATO-da əməliyyatların qiymətləndirilməsi”, “NATO-da əməliyyatların analiz sistemləri” və digər …
Read More »MN: “Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”
“Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb”, – məlumatda qeyd edilib.
Read More »Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır: “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!”
Read More »