Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 25-də Qusar rayonu olub. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının iştirakı ilə keçirilən Zəfər forumu Qusar rayon Mədəniyyət Mərkəzində təşkil olunub. Boyukmillet.com xəbər verir ki, forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də …
Read More »Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub
Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də bu ölkənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Read More »Azərbaycan Türkiyədən BARKAN yerüstü döyüş robotunun alınması ilə bağlı razılıq əldə edib
Azərbaycan və Türkiyə arasında BARKAN yerüstü döyüş robotunun alınması ilə bağlı ilkin razılıq əldə olunub. Bu barədə “Report”un yerli bürosuna Türkiyənin HAVELSAN şirkətinin layihə müdiri Veysel Ataoğlu məlumat verib. Onun sözlərinə görə, İstanbulda keçirilən “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənayesi sərgisi çərçivəsində bununla bağlı iki ölkə arasında danışıqlar aparılıb: “Yaxın vaxtlarda BARKAN yerüstü döyüş robotu Azərbaycanın Silahlı Qüvvələrinin arsenalına daxil ediləcək”. …
Read More »Ordumuzun mövqeləri atəşə tutulub
Ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən …
Read More »Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyəyə işgüzar səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək “Saha Expo” sərgisində iştirakı planlaşdırılır.
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir.
Read More »Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Ermənilər Azərbaycan Ordusunun təminat daşıyan texnikasını atəşə tutub
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun təminat daşıyan texnikasını atəşə tutub. Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi …
Read More »DSX zabiti: “Bartaz yüksəkliyini azad edərkən düşmənə qarşı hiylə taktikası işlətdik”
“İkinci Qarabağ müharibəsi dövründə Zəngilan rayonunun Bartaz yüksəkliyini azad edərkən düşmənə qarşı hiylə taktikası işlətdik”. Bunu “Report”un Zəngilan rayonuna ezam olunan əməkdaşına müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik-leytenantı Mahmud Şükürov deyib. O bildirib ki, Vətən müharibəsi zamanı Zəngilan şəhəri işğaldan azad edildikdən sonra DSX-nin bölmələrinin növbəti tapşırığı rayonun ətraf əraziləri, o cümlədən əsas strateji əhəmiyyətə malik olan yüksəkliklərin azad edilməsi olub: “Sevinirəm …
Read More »Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın açıqlamasını təkzib edib
“Azərbaycan Ordusunun bölmələrinin guya qarşı tərəfin mövqeləri istiqamətində oktyabrın 20-si saat 16:30 radələrində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın heç bir əsası yoxdur, tamamilə yalandır”. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. “Məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda əlavə olunub.
Read More »