Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Azad Hümmətov, İman Məmmədzadə, Bəhram Məmmədzadə, Nicat Qarazadə, Ülvi Rəfiyev, Toğrul Atakişiyev, Məhəmməd İsmayılzadə və Vaqif İsmayılzadənin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir.
Read More »Azərbaycan Ordusunun silah və hərbi texnikası payız-qış mövsümü istismar rejiminə keçib
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri …
Read More »Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir. Plana uyğun olaraq hərbi qulluqçulara mühəndis-istehkam hazırlığı üzrə partlayıcı qurğuların xüsusiyyətləri, həmçinin onlardan istifadə qaydaları nəzəri və praktiki şəkildə öyrədilir. Bundan başqa, kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir. “Dəniz təməl komando kursu”nu …
Read More »Agentlik: “Ağdam, Cəbrayıl və Laçında mərazlıqların minalanmasına dair dəqiq məlumatlar var”
“Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayılın Cocuq Mərcanlı, Laçın rayonunun Suarası kəndlərində yerləşən mərazlıqların minalanmasına dair dəqiq məlumatlar var”. Boyukmillet.com xəbər verir ki, ANAMA tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və.s yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib: “2021-ci ildə Ağdam rayonunun …
Read More »Qusarda Zəfər forumu keçirilib – FOTO
Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 25-də Qusar rayonu olub. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının iştirakı ilə keçirilən Zəfər forumu Qusar rayon Mədəniyyət Mərkəzində təşkil olunub. Boyukmillet.com xəbər verir ki, forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də …
Read More »Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub
Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də bu ölkənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Read More »Azərbaycan Türkiyədən BARKAN yerüstü döyüş robotunun alınması ilə bağlı razılıq əldə edib
Azərbaycan və Türkiyə arasında BARKAN yerüstü döyüş robotunun alınması ilə bağlı ilkin razılıq əldə olunub. Bu barədə “Report”un yerli bürosuna Türkiyənin HAVELSAN şirkətinin layihə müdiri Veysel Ataoğlu məlumat verib. Onun sözlərinə görə, İstanbulda keçirilən “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənayesi sərgisi çərçivəsində bununla bağlı iki ölkə arasında danışıqlar aparılıb: “Yaxın vaxtlarda BARKAN yerüstü döyüş robotu Azərbaycanın Silahlı Qüvvələrinin arsenalına daxil ediləcək”. …
Read More »Ordumuzun mövqeləri atəşə tutulub
Ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən …
Read More »Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyəyə işgüzar səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək “Saha Expo” sərgisində iştirakı planlaşdırılır.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
