Şamaxı rayonundan olan İkinci Qarabağ müharibəsi vetreranı Ömərli Şərəfxan Ağadadaş oğlu Azinforum.az-a müraciət edərək “Qayalı” marketlər şəbəkəsinin Şamaxı filialının işçiləri tərəfindən mağazada döyüldüyü barədə məlumat verib. Müharibə veteranı redaksiyamıza aldığı xəsarətləri əks etdirən fotoları da təqdim edib. Onun sözlərinə görə, baş verənlərlə bağlı Şamaxı Rayon Polis İdarəsinə müraciət edib. Ömərli Şərəfxan əlaqədar qurumlardan bu işin obyektiv araşdırılmasını xahiş edir. Bu …
Read More »Füzulidə silah-sursat aşkarlanıb
Füzuli rayonunda silah-sursat aşkar edilib. Boyukmillet.com xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.
Read More »Bakıda rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib
Bakıda rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub. Polis əməkdaşları həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən …
Read More »Xudatda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Vüqar Məmmədxanov və Ayaz Rəhimov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin, marixuana və 1 …
Read More »Başçının qardaşı ehtiyatsızlıq nəticəsində həyatını itirdi
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, bu barədə Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib. Hadisə onun yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində qeydə alınıb.
Read More »Qubad İbadoğlu apellyasiya şikayəti verdi
Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu apellyasiya şikayəti verib. Boyukmillet.com xəbər verir ki, bunu Report-a onun vəkili Zibeydə Sadıqova deyib. Müdafiəçi bildirib ki, şikayət Nərimanov Rayon Məhkəməsinə təqdim edilib: “Nərimanov Rayon Məhkəməsinin müvəkkilim barəsində çıxardığı qərarla razılaşmırıq. Qubad İbadoğlunun tezliklə həbsdən azad olunmasını istəyirik”. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya …
Read More »Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasına köçürüldü
Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Boyukmillet.com xəbər verir ki, o, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq. Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 204.3.1 …
Read More »Siyəzəndə dənizdə 3 nəfər batıb, axtarış aparılır
Siyəzəndə dənizdə 3 nəfər batıb. Boyukmillet.com xəbər verir ki, “Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, – məlumatda qeyd olunub.
Read More »DİN: Qubad İbadoğlu saxlanılıb- YENİLƏNİB
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, …
Read More »Gədəbəydə ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub
Gədəbəydə ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub. Boyukmillet.com xəbər verir ki, iyulun 22-də Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Taryel Musayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1992-ci il təvəllüdlü Səyidə Musayevanın Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış evlərindən birində aralarında yaranmış mübahisədən sonra əri Taryel Musayevə bıçaqla xəsarət yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
