Cümə , 3 May 2024

hadisə

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

İyunun 19-da saat 11 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Read More »

DİN: “Bərdə bazarında uşağın nənəsi tərəfindən diləndirilməsi iddiası araşdırılır”

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis baş leytenantı Aslan Qiyaslı “Report”un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı nazirlik məlumatlıdır. “Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”, – DİN rəsmisi vurğulayıb. Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayonunda bazarda xəstə uşağın …

Read More »

Bakıda polis intiharın qarşısını alıb, özü yaralanıb

Bakıda polis intiharın qarşısını alıb, özü yaralanıb. Boyukmillet.com xəbər verir ki, iyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstərib. Hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki …

Read More »

DİN: Kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. DİN-nin Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub. R.Babayevin əməllərindən 100-dən artıq vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə …

Read More »

Bərdə sakinində silah aşkarlanıb

Bərdə rayon sakinində silah aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elnur Paşayevin qanunsuz olaraq silah saxladığı müəyyən edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman “TOZ …

Read More »

Narkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan var

Narkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan var. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyun ayının 7-də saat 22:15-də DSX-nin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” …

Read More »

Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Dağlı kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 1 ton 230 kiloqram olan 2018 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

Read More »

İSB: “Şamaxıda avtobus qəzasında xəsarət alan məktəblilərə sığorta təzminatı veriləcək”

Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərin hər biri 5 min manat məbləğində sığorta haqqı ala bilərlər. Boyukmillet.com xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildiriblər. “Üçüncü şəxslərin sağlamlığına vurulan zərərlə bağlı məsuliyyəti sübut olunmuş avtonəqliyyat vasitəsi şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitədirsə, bu zaman Sərnişinlərin icbari fərdi qəza sığortası ilə də sığortalanmalıdır. Qanunvericiliyin tələblərinə əsasən baş …

Read More »

Füzulidə yabanı halda bitmiş çətənə kolları məhv edilib

Füzulidə yabanı halda bitmiş 328 ədəd çətənə kolu məhv edilib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin və Beyləqan rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Tədbir zamanı Füzuli rayonunun Böyük Bəhmənli …

Read More »

DYP yay mövsümü ilə əlaqədar avtobuslarla regionlara səyahət edənlərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polis İdarəsi yay mövsümü ilə əlaqədar avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Yay mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilər, təhsil və əmək müəssisələrində çalışan əməkdaşlar və onların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil olunur. Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda …

Read More »