Şənbə , 20 Aprel 2024

hadisə

DTX-nin əməliyyatı nəticəsində saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi – FOTO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.   Boyukmillet.com xəbər verir ki, saxlanılanlardan birinin Dövlət  Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.  Qeyd edək ki, Xəlilov Etiram Səyyaf oğlu 1997-ci ildən gömrük orqanlarında xidmət göstərir. O, 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru, 2000-ci ildə …

Read More »

AMEA-nın keçmiş prezidenti vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev vəfat edib. Boyukmillet.com  xəbər verir ki, o, ötən gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Salayev Eldar Yunus oğlu 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində anadan olub. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, …

Read More »

Polis Xızıda əməliyyat keçirib, saxlanılan var

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər įnəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şorabad kənd sakini Elmin Əliyevi saxlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin meşə zolağında əkib yetişdirdiyi …

Read More »

Bakıda 16 kq narkotiki qəbiristanlıqda gizlədən şəxs saxlanılıb

Bakının Xətai rayonunda 16 kiloqram narkotik vasitəni qəbiristanlıqda gizlədən şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov tutulub. Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbirstanlıqlardan birində …

Read More »

BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-dan məlumat verilib. Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.

Read More »

Bakıda körpə binanın 7-ci mərtəbəsindən yıxılıb, ana özünü övladının ardınca atıb

Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Kliniki Tibbi Mərkəzdən  verilən məlumata görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. 2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı …

Read More »

Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib

Bu gün səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, o, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.

Read More »

Rusiyanın keçmiş dövlət katibinin Bakıda ölümü ilə bağlı araşdırmalara başlanılıb

Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb. Boyukmillet.com xəbər verir ki, hazırda araşdırmalar davam etdirilir. Xatırladaq ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib. G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində …

Read More »

Bu il Azərbaycanda aşkarlanan narkotik vasitələrinin miqdarı açıqlanıb

Bu ilin yanvar-may ayları ərzində aşkarlanan narkotik vasitələrinin miqdarı açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan  bildirilib ki, aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 879 kq 824,75 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 362 kq 492,992 qr-nı heroin, 789 kq 912,395 qr-nı marixuana, 177 …

Read More »

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

İyunun 19-da saat 11 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Read More »