Cümə axşamı , 2 May 2024

hadisə

Qadını avtobusdan itələyən sürücü işdən çıxarıldı-Video

Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı araşdırma aparılır. Boyukmillet.com xəbər verir ki, hadisə iyunun 16-da şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda baş verib. Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Faktla bağlı polisə müraciət olunub və Sumqayıt şəhər Polis …

Read More »

Məhkəmə Ramin Hacılının vəsatətini təmin etməyib

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılı vəsatət qaldıraraq məhkəmənin təxirə salınmasını tələb edib. O bildirib ki, artıq 5 gündür aclıq aksiyası edir və buna görə də özünü yaxşı hiss etmir. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmdə ifadə verən şahidlər Kamran …

Read More »

Gəncə sakininin evindən partlayıcı maddələr tapılıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşad Abbasov saxlanılaraq PB-yə gətirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRQM” partlayıcı, 2 ədəd “Kalaşnikov” avtomatına məxsus …

Read More »

Şuşada yabanı halda bitmiş narkotik tərkibli bitkilər məhv edilib

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Daşaltı kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 2350 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Read More »

“Qış parkı”nın yaxınlığında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Qış parkı”nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti …

Read More »

Goranboyda avtomobillər toqquşub, ölən var

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Goran-Borsunlu yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq xəsarət alan 1972-ci il təvəllüdlü Kənan Kərimov dünyasını dəyişib. Digər yaralının vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Minatəmizləmə fəaliyyəti ilə bağlı uşaqlar üçün maarifləndirici ekskursiya təşkil edilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayon Kərimbəyli kənd məktəbinin müraciəti əsasında şagirdlər üçün partlayıcı sursat təhlükəsinə dair ANAMA-nın Horadiz Regional Mərkəzinə maarifləndirici ekskursiya təşkil edib. Boyukmillet.com xəbər verir ki, ekskursiyada ibtidai sinif daxil olmaqla, 6 və 11-ci sinif şagirdləri və müəllim heyəti iştirak edib. Tədbirin keçirilməsində məqsəd müharibəyə məruz qalmış rayonlarda yaşayan şagird və müəllimləri partlayıcı qurğuların təhlükəsi barədə məlumatlandırmaqdır. …

Read More »

Füzulidə yanğın olub, xəsarət alan var

Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsində yanğın olub, xəsarət alan var. Boyukmillet.com xəbər verir ki, ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 6,5 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Azad edilən ərazilərdə daha 56 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 31 mina və 147 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 774 hektar ərazi mina və partlamamış hərbi …

Read More »

Azərbaycanda tanınmış ginekoloq özünü 11-ci mərtəbədən ataraq intihar edib

Azərbaycanda tanınmış ginekoloq intihar edib. Boyukmillet.com-un məlumatına görə, hadisə dünən Yasamal rayonunda baş verib. Belə ki, həkim-ginekoloq Xalidə Kəngərli özünü yaşadığı çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən atıb. Həkim aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Baş Prokurorluqdan “Report”a faktı təsdiq ediblər. Qeyd edilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »