Cümə axşamı , 2 May 2024

hadisə

Zəngilanda minaaxtaranlar üçün yeni mobil düşərgə salınıb

Azərbaycan Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Zəngilan rayonunda yeni mobil sahə düşərgəsi salınıb. ANAMA-dan verilən məlumata görə, düşərgənin açılış mərasimində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər məsul vəzifəli şəxslər iştirak ediblər. Onlar …

Read More »

Narkotikin təsir altında avtobus idarə edən şəxs ifşa olunub

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Rəşad Nəcəfovun qanunazidd əməllərinin qarşısı alınıb. DİN-dən  verilən məlumata görə, Sulutəpə qəsəbəsindən paytaxt istiqamətində hərəkətdə olan “MİDİBUS” markalı, 90-CT-684 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Rəşad Nəcəfov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı …

Read More »

Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər. Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar …

Read More »

Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, ümumi çəkisi 1 ton 282 kiloqram olan 8756 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Read More »

Əcnəbiləri Azərbaycana qanunsuz keçirən şəxslər məsuliyyətə cəlb ediliblər

Xarici ölkə vətəndaşlarının Azərbaycanın dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar aparılıb. DTX-nin Mətbuat xidmətindən  verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları – 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İran İslam Respublikasında yaşayan …

Read More »

Xırdalanda özünü kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb

Abşeron rayonu Xırdalan şəhərində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, daxil olan şikayətlər əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı qeyd edilən qanunsuz hərəkətlərə yol verən Rəfail Əsgərov tutulub. Araşdırma zamanı onun …

Read More »

Bakı sakinindən 1 kq heroin götürülüb

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbə sakini Z.Xeyrullayev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 15 qrama yaxın heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 31 qrama yaxın heroin və elektron tərəzi götürülüb.

Read More »

Rusiyadan Azərbaycana spirtli içkilərin qanunsuz gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Boyukmillet.com-un komitəyə istinadən verdiyi məlumata görə, yoxlama zamanı avtomobilin kabinasında, əşyaları qoymaq üçün nəzərdə tutulan yerlərdə gizlədilən və gömrük nəzarətinə bəyan edilməyən 25 …

Read More »

Goranboyda silah-sursat aşkarlanıb

Goranboyda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Qeyd olunub ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Goranboy rayon Yenikənd kəndi yaxınlığında sel sularının axdığı dərədən 1 ədəd “AKM” markalı 7.62 mm-lik avtomat, 1 ədəd içərisində 30 ədəd 7.62 mm-lik patron olan avtomat darağı və 3 ədəd 7.62 mm-lik …

Read More »

Qusarda 20 yaşlı oğlan göldə boğulub

Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlu batıb. Boyukmillet.com xəbər verir ki, barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə A.Səlimovun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu A.Səlimovun meyitini tapılaraq aidiyyəti üzrə təhvil verib.

Read More »