Şənbə , 20 Aprel 2024

hadisə

Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Read More »

Azərbaycanda axund narkotiklə tutuldu – YENİLƏNİB

Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb. Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir. …

Read More »

Neftçalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb. Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Read More »

Ağdamda mina partlayışı olub, iki nəfər xəsarət alıb

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş …

Read More »

“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: Mənə ağır işgəncələr verilirdi

1 il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə ağır işgəncələr verilirdi. Bunu “Report”un əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib. “1997-ci ilin aprelində təxminən bu saatlarda 7 qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. 1 il 11 ay müddətində əsirlikdə saxlanıldım. 6 ay sonra Ulu …

Read More »

Kəlbəcərdə 27 ədəd əl qumbarası tapılıb

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda 27 ədəd əl qumbarası aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partladıcı başlıqlar aşkar olub. Bundan başqa, rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partladıcı başlığı, …

Read More »

İran vətəndaşına narkokuryerlik edən şəxs həbs edilib

Sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılaraq həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Kamran Quliyev saxlanılıb. Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilib. K.Quliyev sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan “Cəlal” …

Read More »

Azərbaycandan Qazaxıstana ekstradisiya edilən qaçaqmalçı cinayətkar qrupun liderinin kimliyi məlum olub

Azərbaycandan Qazaxıstana ekstradisiya edilən qaçaqmalçı cinayətkar qrupun liderinin kimliyi məlum olub.  Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumata əsasən, Baş Prokurorluq tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Qazaxıstan Baş Prokurorluğunun vəsatəti əsasında Azərbaycan ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin …

Read More »

Xankəndidə 11 avtomat, 11 qumbara və 1 qumbaraatan aşkarlanıb

Aprelin 9-da Xankəndi şəhəri ərazisində 11 avtomat, 11 qumbara və 1 qumbaraatan aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bundan başqa, şəhər ərazisindən 4 tapança, 1 tüfəng, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinindən 10 kiloqram narkotik aşkarlayıblar. Bu barədə “Report”un Cənub bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb. Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı …

Read More »