Şənbə , 6 Dekabr 2025

hadisə

Sarayda tapança, avtomat, qumbara və partladıcı aşkarlanıb

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində silah-sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış zamanı aşkarlanmış silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 9 mm-lik Makarov tipli tapança, 1 ədəd AKMS avtomatı, 1 ədəd güllə sandığı, 1 ədəd …

Read More »

İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran ərazisindən Azərbaycana keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri …

Read More »

Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib

İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra “Facebook” səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb. Boyukmillet.com xəbər verir ki, Fərid Səfərlinin vətənə qaytarıldığı barədə DTX və XİN-in birgə məlumatından sonra mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillərdən yalan, şər-böhtan …

Read More »

Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub

Xaçmazda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı keçirilən profilaktik tədbirlər çərçivəsində avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub. Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər …

Read More »

İmişli hadisələrində DİN-in yaydığı videonun sürəti niyə azaldılıb?

Yol polisi avtomobilinin 2 şagirdi öldürməsindən sonra İmişlidə başlayan etirazlar ətrafında qeyri-müəyyənliklər davam edir. Nəticədə polis də daxil olmaqla 3 nəfərin yaralandığı deyilir. Hadisədən qəzəblənən İmişli sakinləri qəzanı törədən yol polisi avtomobilini aşırdıb, polis idarəsi qarşısına yürüş ediblər. Yol boyu “istefa” şüarları səsləndirilib. DİN etirazçıları xuliqanlıqda ittiham etdiyi açıqlamasında saxlananların olduğunu bildirdi.  Hadisə ilə bağlı DİN-in yaydığı videogörüntü də suallar …

Read More »

İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib

İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib. DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub. İstintaqın obyektiv aparılması üçün qanunamüvafiq tədbirlər görülür.

Read More »

DİN İmişlidəki qəzanın görüntülərini yayıb

Daxili İşlər Nazirliyi (DİN) İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb. Boyukmillet.com  xəbər verir ki, görüntüdə hərəkətdə olan xidməti avtomobilin qarşısına “Mercedes” markalı avtomobil çıxaraq qəza şəraiti yaratdığı əks olunub. Qeyd edək ki, hadisə bu gün baş verib. Belə ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. …

Read More »

Dövlət Yol Polisinin avtomobili azyaşlıları vurub (Yenilənib)

Hadisə ilə əlaqədar etiraz edərək küçələrə çıxanlar polis tərəfindən saxlanılıblar İmişli Rayon Prokurorluğunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işinin başlanıldığı bildirilir. Baş Prokurorluğun məlumatında bildirilir ki, Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnmiş yol-nəqliyyat qəzası ilə əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi …

Read More »

Samuxda narkokuryerlik edən şəxsdən 16 kiloqrama yaxın narkotik aşkarlanıb

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 45 yaşlı Namiq Abdullayev saxlanılıb. DİN Mətbuat Xidməti Gəncə regional qrupundan “Report”un Qərb bürosuna bildirilib ki, ondan ümumilikdə 16 kiloqrama yaxın marixuana, eləcə də güclü təsiredici narkotik vasitələr qrupuna daxil olan həşiş, tiryək və heroin aşkar olunub. Araşdırmalarla N.Abdullayevin maddi qazanc müqabilində narkokuryerliyə …

Read More »

Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə xüsusilə külli miqdarda qaçaqmalçılıq və digər əməllərdə təqsirləndirilən Hidayətov Zöhrab Raqub oğlu, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlu barəsində məhkəmə prosesi davam etdirilib. “Report”un yerli bürosu məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə baxış iclası keçirilib. Məhkəmə …

Read More »