Bazar ertəsi , 17 İyun 2024

hadisə

Oğurluqda və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinənlər tutulub

Hacıqabul Rayon Polis Şöbəsinə Aztelekom İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində yerləşən inzibati binasından bir ədəd elektrik generatorunun oğurlanması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Vahid Zairov və Bakı şəhər sakini Rövşən Heydərov saxlanılıblar. İlkin …

Read More »

Şirazda silahlı qarşıdurma: iki qardaş öldürüldü

İranın Fars əyalətinin Şiraz şəhərində silahlı qarşıdurma baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. İki saat davam edən qarşıdurma nəticəsində iki nəfər öldürülüb. Bildirilib ki, axtarışda olan iki qardaşın həbsi üçün keçirilən əməliyyat zamanı qardaşlar silahlı müqavimət gəstərib. Atışma zamanı qardaşların hər ikisi öldürülüb. Kimlikləri açıqlanmayan qardaşların silahlı soyğun və girov götürməkdə ittiham olunduğu bildirilib. …

Read More »

Ağır Cinayətlər Məhkəməsinin hakimi özünü öldürdü – Rahib Salmanov özünü yuxarı mərtəbədən atıb

Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib.  Boyukmillet.com xəbər verir ki, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.  Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər. Qeyd edək ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsinində çalışırdı(Qafqazinfo).

Read More »

Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” KPP-də saxlandı

Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Trend-in mənbədən əldə etdiyi məlumata görə, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb. Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı. Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən …

Read More »

Azərbaycanda İran vətəndaşı saxlanıldı – Əməliyyat

Füzuli rayonunda oğurluq əməlləri törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Boyukmillet.com xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən səkkiz nəfər saxlanılıb. Araşdırmalarla onların Nemət Haqverdiyev, Fəridə Rəhimova, Vüsal Bədəlov, Hikmət Tağıyev, Musa Hətəmov, Qardaş Gülmalıyev, Natiq Həziyev və Məhərrəm Rüstəmov olduqları …

Read More »

Sabunçuda 2 avtomobil toqquşub, xəsarət alanlar var 

Bakının Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, qəza zamanı 2002-ci il təvəllüdlü Hüseynov Elcan Nofəl oğlu və 2003-cü il təvəllüdlü Məmmədli Elmi Cəsarət oğlu yaralanıblar. Onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Read More »

Prokuror BSU-nun sabiq şöbə müdirinə cəza istəyib

Prokuror Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxışında elan edib. Növbəti proses sentyabrın 8-də davam etdiriləcək. Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində …

Read More »

Ucarda qadın boğularaq öldürülüb

Ucarda qadın boğularaq öldürülüb. Boyukmillet.com xəbər verir ki, avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Read More »

Ukraynada qətlə yetirilən azərbaycanlıların nəşləri vətənə gətirilib

Ukraynanın Xerson vilayətində rus tankı ilə qətlə yetirilən həmyerlilərimiz Əzizov Orxan Mahir oğlu və Qədirov Ramiz Abuzər oğlunun nəşləri vətənə gətirilib. Boyukmillet.com xəbər verir ki, onların meyitləri bu gün səhər saat 05:00 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndinə gətirilib. Kənd məscidində cənazə namazı qılındıqdan sonra onların nəşləri Məmmədqasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, qətl edilənlərin hər ikisi ailəli idi …

Read More »

Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir. Yanğınsöndürmə əməliyyatlarına FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Read More »