Bazar ertəsi , 17 İyun 2024

hadisə

Hacıqabulda kütləvi zəhərlənmə baş verib

Hacıqabulda kütləvi zəhərlənmə baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb. Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Məmmədli Soltanəli Rövşən oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1952-ci il təvəllüdlü Soltanova Sidiqə Məmməd qızı, 1994-cü il təvəllüdlü Süleymanova Pikəxanım Hafiz qızı, Süleymanova Nuranə …

Read More »

Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb. Boyukmillet.com xəbər verir ki, yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb. Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Hazırda yanğın davam edir.

Read More »

Qubada avtoxuliqanlıq edən şəxs həbs olunub

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Sitat.info xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan …

Read More »

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, avqustun 8-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Read More »

Sabirabadda narkotikə görə 13 nəfər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 13 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Pərvin Nağızadə tutulub. Onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 825 qram heroin …

Read More »

Xırdalanda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Xırdalanda anasını qətlə yetirməkdə təqsirləndirilən Orxan Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin fevralında Xırdalan şəhərindəki Heydər Əliyev prospektində baş verib. Belə ki, O.Hüseynzadə anası Mehriban Hüseynovanın üstünə bıçaqla …

Read More »

Şamaxıda qətl törətməkdə təqsirləndirilənlərin məhkəməsi başlayır

Şamaxıda qətl törətməkdə təqsirləndirilənlər Mahir Hacıyev və Tural Hacıyevin cinayət işi üzrə məhkəməsi başlayır. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib. Qeyd edək ki, bu ilin aprelində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi …

Read More »

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. Boyukmillet.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda məhkəmə şikayəti əsassız hesab edib. Təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilib.

Read More »

İcra başçısının həbsi üçün ciddi əsas…

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan sonra aparılan istintaq hərəkətləri bu rayonun icra başçısı Müstəqim Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək. Boyukmillet.com xəbər verir ki, bir neçə gün əvvəl rayonda keçirilən əməliyyatda həbs edilən Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov istintaqa ilkin ifadəsində …

Read More »

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, FHN-in apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. …

Read More »