Şənbə , 6 Dekabr 2025

hadisə

Əvəz Zeynallı 9 il müddətinə həbs edildi

Əvəz Zeynallı 9 il müddətinə həbs edildi Boyukmillet.com xəbər verir ki, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birgə mühakimə olunan “Səda TV” kanalının rəhbəri Elnur Şükürovun məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Zeynallını rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə suçlu sayıb. Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Əvəz Zeynallı 9 il, …

Read More »

Ağdamda partlamamış döyüş sursatları aşkarlanıb

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib. Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir”, – məlumatda qeyd olunub.

Read More »

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi barədə cinayət işi başlanılıb

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. Qeyd olunub ki, istintaq zamanı Vəli Abbasovun qeyd …

Read More »

Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 21-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 2 qumbara, 18 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 138 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. Həmçinin, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi …

Read More »

Bakıda bələdiyyə sədri həbs edilib, külli miqdarda rüşvət almaqda ittiham olunur

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumatı yayıb. Bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, …

Read More »

Dələduzluq piramidası ilə 10 minə yaxın vətəndaşı aldatmaqda təqsirləndirilən şəxslər barədə məhkəmə istintaqı başa çatıb

“OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Boyukmillet.com  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edib. Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Xəyal Yaxyayevin 15 …

Read More »

Azərbaycan XİN Kamil Zeynallının Rusiyada saxlanılması məsələsini nəzarətə götürüb

Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Read More »

Xankəndidə daha 27 silah tapılıb

Fevralın 20-də Xankəndi şəhəri ərazisində 27 silah tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

İsmayıllı sakini odlu silahı polisə təhvil verib

Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakini qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Read More »

Xankəndidə silah və sursatlar tapılıb

Ötən gün Xankəndi şəhəri ərazisində 13 silah aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, fevralın 19-da 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »