Çərşənbə axşamı , 9 Dekabr 2025

hadisə

Xocavənddə minaya düşən nəqliyyat vasitəsinin GÖRÜNTÜLƏRİ

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minaya düşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Howo” markalı yük maşınının görüntüləri yayılıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir. Xatırladaq ki, sentyabrın 19-u Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə …

Read More »

Masallıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Masallıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb. Boyukmillet.com xəbər verib ki, sentyabrın 18-i saat 17 radələrində 1999-cu il təvəllüdlü Elməddin Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2000-ci il təvəllüdlü Höccət Soltanovun Masallı rayonu ərazisində yol kənarında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elməddin Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı …

Read More »

Vətən müharibəsindən sonra 314 nəfər mina qurbanı olub, onlardan 61-i həlak olub

Vətən müharibəsindən sonra 314 nəfər mina qurbanı olub, onlardan 61-i həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması barədə yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak …

Read More »

Astarada sel körpüləri dağıdıb, bir neçə kəndlə əlaqə kəsilib

Astarada sel fəsadlar törədib. Boyukmillet.com xəbər verir ki, ötən gecədən başlayan leysan xarakterli yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb. Nəticədə Vaqo kəndində yerləşən köpünü sel aparıb. Pensər-Toradi yolunda isə çökmələr baş verib. Yol qəzalı vəziyyətə düşdükdən sonra 10-dan artıq kəndin rayonla əlaqəsi kəsilib. Pensərçayın daşması nəticəsində də bir neçə kəndlə əlaqə kəsilib, sel suları həyətlərə dolub. İlkin məlumatlara …

Read More »

Bakıda avtotəmir sexindən oğurluq edən şəxs saxlanılıb

Bakıda avtotəmir sexindən oğurluq edən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 15-də rayon ərazisindəki avtotəmir sexlərinin birindən soyğunçuluq yolu ilə 300 manat dəyərində avtomobil ehtiyat hissəsi talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zamin Quliyev saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Read More »

İran rejimini təbliğ edən redaktor saxlanıldı

Azərbaycanda İranın molla rejimini təbliğ edən sayt redaktoru saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Moze” Teleqram kanalı məlumat yayıb. Bildirilir ki, İranın molla rejimini təbliğ edən, dini xəbərlər yayan “Maide.Az” saytının redaktoru Qədir Məmmədov saxlanılıb.

Read More »

İrandan Azərbaycana 6 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, qeyd olunan faktlar …

Read More »

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Şıxəhmədliyə hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, hadisə 2019-cu ildə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Rayon ərazisində yerləşən “Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı …

Read More »

Lənkəranda narkokuryerlər polisə xəsarət yetirməyə cəhd göstəriblər

Lənkəranda polisə müqavimət göstərən narkokuryerlər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb. Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər – 2002-ci il təvəllüdlü Süleymanov Vüqar İlqar oğlu və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (332.2.1, 332.2.3 152.1) məhkum olunan, 1998-ci il …

Read More »

Penitensiar Xidmətin hərbi qulluqçusu odlu silahdan atəş açmaqla özünə xəsarət yetirib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Cəfərov Kənan Bəhmən oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Bakı hərbi prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Bakı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, …

Read More »