Bazar , 29 Sentyabr 2024

hadisə

Azərbaycan gömrükçüləri 218 kq heroinin dövriyyəsinin qarşısını alıb

Azərbaycan gömrük əməkdaşları ölkənin Cənub sərhədində növbəti uğurlu əməliyyat həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib. “Əməliyyatçılarımızın peşəkarlığı sayəsində Biləsuvar gömrük postunda, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitə – heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb”, – o qeyd edib.

Read More »

Xuliqanlıq edən AXCP üzvünə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A.Hümbətov 10 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, A.Hümbətov Yamən Məmmədovu bıçaqlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır …

Read More »

Bakıda şəhid ailələrinin evindən oğurluq edildi – VİDEO

Bakıda oğurluq edən şəxslər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Qaradağ rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb. Həmin kompleksdə yaşayan daha 11 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da evlərindən müxtəlif vaxtlarda …

Read More »

DİN Oğuzda polisin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, noyabrın 12-də saat 4 radələrində şəhəri ərazisində Şamxal Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti orta-ağırdır. Oğuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək …

Read More »

Qobustan həbsxanasına poçt vasitəsilə narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bu barədə Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 32.5; 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Qobustan həbsxanasında cəza çəkən məhkum Vüqar Müzəffər oğlu Məmmədova …

Read More »

Azərbaycanda polis əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var

Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub. Boyukmillet.com xəbər verir ki, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev və xəsarət alan 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları imiş. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş …

Read More »

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Səma” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən …

Read More »

Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərarların sayı açıqlanıb

“Fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun ali­liyi və birbaşa qüvvəsi, respublika­mızın tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, ötən illər ərzində məhkəmə, ümumilikdə, 476 qərar və 130 qərardad qəbul …

Read More »

Məhkəmə tanınmış telejurnalistin həkimə qarşı iddiasını təmin etməyib

Nərimanov Rayon Məhkəməsində tanınmış telejurnalist Günel Gözəlovanın həkim Araz Bayramova qarşı iddiası üzrə məhkəmə iclası başa çatıb. Boyukmillet.com xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, telejurnalistin iddiası təmin edilməyib. O, qərardan narazı qalıb və apellyasiya şikayəti verib. G.Gözəlovanın sözlərinə görə, vəkili Elçin Sadıqov oktyabrın 13-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində başqa bir cinayət …

Read More »

Bakıda 30 yaşlı şəxs “Tik-Tok”da yazdığı nalayiq ifadələrə görə qətlə yetirilib

Noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında …

Read More »