Cümə axşamı , 19 Fevral 2026

hadisə

Qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb

Quba və Lerikdə qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Quba rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı və Lerik rayonu ərazisində isə torpaq sahəsinin qanunsuz zəbt edilərək həmin ərazidə qanunsuz tikinti işlərin aparılması faktları …

Read More »

ANAMA: “Vətən müharibəsindən indiyədək 225 nəfər minaların qurbanı olub”

“2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib. O qeyd edib ki, mina hadisələri zamanı 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub. “Mina və müharibənin partlayıcı qalıqları problemi istər işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan, istərsə də müharibəyə məruz qalmış …

Read More »

Beyləqanda pambıq sahəsində işləyən 15 nəfər zəhərlənib, araşdırma aparılır

Beyləqan rayonunda pambıq sahəsində işləyən 15 nəfər zəhərlənib. Boyukmillet.com xəbər verir ki, zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. TƏBİB-dən “Report”a bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Əli Əliyevin həbs cazası bir ilə qaldırılıb

Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə hökm oxunub və o, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com  xəbər verir ki, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və ona …

Read More »

Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür

Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol …

Read More »

Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb

Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb. Boyukmillet.com  “Haber Global”a istinadən xəbər verir ki, nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığımına gedən vətəndaşlar tapıb. 1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir. Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA …

Read More »

Füzulidə beynəlxalq minatəmizləmə şirkətinin əməkdaşını ilan sancıb

İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb. Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nəticədə nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib: “Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk …

Read More »

“Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb

“Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb. Bu barədə  Yevlax Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, ASC-nin Mingəçevir Mərkəzi “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. Belə ki, aparılan istintaqla R.Abuşov və R.Rəhimov tərəfindən …

Read More »

Vilayət Eyvazov mayoru yüksək vəzifəyə təyin edib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru İftixar Səfərov Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin rəisi təyin edilib. Qeyd edək ki, İ.Səfərov bu təyinata qədər həmin şöbədə müxtəlif vəzifələrdə çalışıb.

Read More »

DTX-nin əməliyyatı nəticəsində saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi – FOTO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.   Boyukmillet.com xəbər verir ki, saxlanılanlardan birinin Dövlət  Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.  Qeyd edək ki, Xəlilov Etiram Səyyaf oğlu 1997-ci ildən gömrük orqanlarında xidmət göstərir. O, 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru, 2000-ci ildə …

Read More »