Çərşənbə , 26 İyun 2024

hadisə

5 min manat dəyərində oğurluq hadisəsi baş verib

Bakıda evdən oğurluq edən şəxs tutulub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə iyunun 1-dən 6-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki evlərin birindən 5 000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Hüseynzadə …

Read More »

Jurnalistlər binasının qarşısında zəncirvari qəza olub

Bakıda yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məlumat paylaşıb. Hadisə Səbail rayonu, Yeni Salyan şosesi 22-nin (Jurnalistlərin binası) qarşısında qeydə alınıb. Belə ki, 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə avtomobillərə ziyan dəyib.

Read More »

Şəmkirdə 44 yaşlı kişi özünə ağır xəsarət yetirdi

Şəmkir rayonunda yerli sakin kəsici alətlə özünə ağır xəsarətlər yetirib. Boyukmillet.com xəbər verir ki, hadisə Qədimqala kəndində qeydə alınıb. Kənd sakini, 44 yaşlı Eldəniz Vəliyev özünə çoxsaylı xəsarətlər yetirib. O, xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More »

Yol polisində kadr dəyişikliyi olub

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində kadr dəyişikliyi edib. Boyukmillet.com xəbər verir ki, nazirin əmri ilə Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə o, 5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəis təyin olunub.

Read More »

Bakıda adam oğruları saxlanılıb

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində əri Qədirin evdən getməsini, saat 20 radələrində ona zəng edərkən telefona cavab verən naməlum şəxsin ərinin 3700 manat pul borcunun olmasını və pulu qaytarmayana kimi onu buraxmayacaqlarını deməsini bildirib. Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla …

Read More »

96 nəfərə saxta tibbi arayış verildi, cinayət işi açıldı

COVİD-19 testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumat verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılıb. Prokurorluqda aparılan araşdırma zamanı …

Read More »

Saatlıda 27 yaşlı gənc oğlan yol qəzasında xəsarət aldı

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Bəhramtəpə magistral yolunun rayonun Qıraqlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması zamanı Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Mehdiyev Cabir Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Məktəblinin özünü 7-ci mərtəbədən ataraq intihar etməsi ilə bağlı cinayət işi açılıb

Gəncə şəhər Yeni Gəncə yaşayış massivində yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxıldığı deyilən gənc qızın intihar etdiyi məlum olub. Boyukmillet.com xəbər verir ki, aparılan araşdırmalar nəticəsində dünən axşam saatlarında yaşadığı binanın 7-ci mərtəbəsindən yıxıldığı bildirilən 2004-cü il təvəllüdlü Şəms Eşqin qızı Hüseynovanın intihar etdiyi məlum olub. Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə …

Read More »

Keçmiş məhkum saxlanıldı

  Lənkəranda yarımtikilidə narkotik vasitələr aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin şəxsin yaşadığı evin …

Read More »

Ofisdən 4 min manatlıq oğurluq edildi

Bakıda ofisdə oğurluq hadisəsi olub. Boyukmillet.com xəbər veri ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də rayon ərazisindəki ofislərin birindən 3500 manat pul və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Ş.Hacıyev saxlanılıb.

Read More »