Cümə , 30 Yanvar 2026

hadisə

Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşına hökm oxunub

Küveytdən Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşı Savuthararajan Kasvithanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com -un məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Kasvithan 9 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycandan deportasiya ediləcək. Qeyd edək ki, bu il may ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşları Heydər Əliyev …

Read More »

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212 qram heroin və 4,873 qram metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında …

Read More »

Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə: İşin ağırlığından şikayət edəndə qapını göstərirdilər

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Firuzə Məmmədova deyib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır: “Mən mərkəzdə tibb bacısı işləmişəm. Bizim …

Read More »

FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb – YENİLƏNİB-4

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən bildirilib. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək. 13:30 Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri …

Read More »

Lənkəranda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Avqustun 24-də saat 9 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Lənkəran rayon prokurorluğundan bildirilib İlkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin …

Read More »

Xəzər sürətlə quruyur, dənizin səviyyəsi hər il 20–30 santimetr azalır

Bunu “Reuters”ə müsahibəsində Azərbaycan ekologiya nazirinin müavini Rauf Hacıyev deyib.   Son dövrlər Xəzər dənizinin quruması daha da sürətlənib.Xəzər dənizi 1990-cı illərdən etibarən qurumağa başlayıb.Nazir müavininin sözlərinə görə, dənizin səviyyəsi son beş ildə 0,93 metr, son on ildə 1,5 metr, son otuz ildə isə 2,5 metr azalıb. Hazırda səviyyənin ildə 20–30 sm azalması proqnozlaşdırılır. “Bu proses sahil bölgələrində limanların fəaliyyətinə təsir edir, …

Read More »

Müdafiə Nazirliyinin sabiq xidmət rəisi 6 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama görə, Namiq Mirzəyev Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbi hissələrdə maliyyə xidmət rəisi və digər vəzifələrdə çalışarkən …

Read More »

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-dən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »

Narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı araşdırma aparılır

Sosial şəbəkədə narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır. Boyukmillet.com-un məlumatına görə, araşdırmanın nəticələrinə uyğun sözügedən məsələ ilə bağlı tədbirlər görüləcək. Qeyd edək ki, sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən klinikaların birində çalışan Abdullayeva Gülbədənin narkozda olan qadını uyğunsuz vəziyyətdə çəkib paylaşdığı barədə videolar yayılıb. Onun əvvəllər saç ustası olduğu, lisenziyasız fəaliyyət göstərdiyi iddia …

Read More »

İrandan Azərbaycana 40 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Boyukmillet.com Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, avqust ayının 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 40 kiloqram 900 qram narkotik vasitə (37 kq 900 qram marixuana, …

Read More »