Cümə axşamı , 19 Fevral 2026

hadisə

Zaqatalada vəzifəli şəxs barəsində cinayət işi başlanılıb

Zaqatala rayonunun Bəhmətli bələdiyyəsinin mühasibi barəsində cinayət işi başlanılıb. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, Bəhmətli kənd bələdiyyə sədrinin qanunsuz əməllərinə dair rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb. Belə ki, istintaqla bələdiyyənin sədri Həsrət Musayevin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən istifadə edərək bələdiyyə üzvlərinin adından saxta protokollar tərtib edilməsini …

Read More »

Bələdiyyə sədri cərimələnib

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, aprelin 26-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və …

Read More »

Zakir Sultanovun cəzası azaldılıb

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cəzası azaldılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qərara əsasən, Z.Sultanovun 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib. Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi …

Read More »

Laçın sakini əmisini dırmıqla öldürüb

Laçın sakini əmisini dırmıqla öldürüb. Boyukmillet.com xəbər verir ki, aprelin 20-də rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Ə.İsmayılov aprelin 26-da ölüb. Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq …

Read More »

Həbsdə olan icra başçısının tenderlərdən əldə etdiyi pullar vəsaitlər məlum olub

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin mənimsədiyi vəsaitlərin bir qismi məlum olub. Boyukmillet.com xəbər verir ki, cinayət işinin materiallarında olan 21 yanvar 2021-ci il tarixli məhkəmə-mühasibtlıq ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Neftçala RİH tərəfindən 282 210 “Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli binaların əsaslı təmiri üçün 2017-ci ildə keçirilən tenderdə “Master-İnşaat-Servise” MMC qalib …

Read More »

Qusarda narkotikin təsiri altında qaydaları pozan sürücü saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünü saxlayıblar. Boyukmillet.com xəbər verir ki, rayon sakini Müzəffər Şahbazlı idarə etdiyi “VAZ-21101” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını, ictimai-asayişi nümayişkəranə və kobud şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər törədib. M.Şahbazlı polis əməkdaşları tərəfindən rayon …

Read More »

Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin edib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib. DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər …

Read More »

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Zarat kəndində qeydə alınıb. Beləki, kənd sakini 1959-cu il təvəllüdlü Nəzərəli Şərafəddin oğlu Fərzəliyev həmkəndlisi tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, onlar suvarma suyuna görə mübahisə ediblər. Nəticədə N.Fərzəliyev 4 bıçaq zərbəsi alıb. Yaralıya çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

ABŞ-da gənc atlet intihar edib

ABŞ-dan olan atlet Sara Şultse intihar edib. Boyukmillet.com xəbər verir ki, bu barədə 21 yaşlı idmançının yaxınları açıqlama veriblər. Onlar Şultsenin psixoloji problemlərinin olduğunu bildiriblər. Gənc atlet orqanlarının donor kimi istifadəsini vəsiyyət edib. Valideynləri bununla bağlı qızlarının şərəfinə fond yaradıldığını açıqlayıb. Qeyd edək ki, Sara Şultse milli komandanın heyətində kros yarışlarında iştirak edirdi.

Read More »

DİN-in qarşısında baş verən hadisə zamanı polis əməkdaşı xəsarət alıb

Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub: “Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb. Həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar. Onun evinin həyətində inşa etdiyi qanunsuz …

Read More »