Şənbə , 10 Yanvar 2026

hadisə

Balakəndə xüsusi əməliyyat: dağda narkotik becərən silahlı dəstə ifşa olunaraq həbs edilib

Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası aşkarlanıb. Çətənə kollarını əkən, əvvəllər məhkum olunmuş 54 …

Read More »

Məşhur iş adamı itkin düşdü – Yaxtası ikiyə bölünmüş vəziyyətdə tapıldı – FOTO

“Mazu Yachts” şirkətinin sahibi, tanınmış türk iş adamı Halit Yukay dənizdə itkin düşüb. Milli.Az xəbər verir ki, onun yalovadan Yunanıstanın Mikonos adasına səyahət etdiyi yaxta Balıkəsirin Mərmərə adası sahillərində ikiyə bölünmüş vəziyyətdə aşkarlanıb.  Məlumata görə, Halit Yukay 4 avqust səhəri özünə məxsus lüks yaxta ilə Yalovadan yola düşüb. Lakin gün ərzində ondan heç bir xəbər alınmayıb. Narahat olan yaxınları dərhal …

Read More »

Qaradağda 34 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb

Qaradağda narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Read More »

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb

Xocalı şəhəri ərazisində Badara çayının sahilində yanğın hadisəsi törədən şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, araşdırmalarla yanğının Xocalı rayonunda qonaq olan 2008-ci il təvəllüdlü Maarif Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb. M.Mirzəyev məsuliyyətə cəlb …

Read More »

Ağcabədidə 14 kiloqram marixuana və həşiş aşkarlanıb

Ağcabədidə 10 kiloqrama yaxın marixuana və 4 kiloqramdan artıq həșiş aşkarlanıb. Bu barədə “Report”un Qarabağ bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar. …

Read More »

Bakıda 11 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb. S.Əhmədov şəxsiyyəti …

Read More »

Ötən gün Azərbaycanda 9 silah 10 qumbara aşkarlanıb

Azərbaycanda avqustun 4-də 1 tapança, 8 tüfəng, 10 qumbara aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 10 qumbara, 7 alışdırıcı, 8 tüfəng, 1 patron darağı və 3766 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Read More »

Tərtərdə silahla insident törədən şəxs həbs edilib

Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb. DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, kənd sakini, 1990-cı il təvəllüdlü, Vətən müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” …

Read More »

Astara Gömrük İdarəsində uğurlu əməliyyat nəticəsində 103,3 kq narkotik aşkarlanıb

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat – axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com xəbər verir ki , bu barədə  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi …

Read More »

İrandan Azərbaycana 5 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 5 kiloqram 820 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »