Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətindən Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, tapılan 5 avtomat, 3 qumbarataatan, 2 pulemyot, 1 tank əleyhinə idarə olunan raket sistemi, 1 tapança, 12 əl qumbarası və alışdırıcıları, 2358 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.
Read More »Qubadlıda 29 yaşlı şəxs minaya düşüb
Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Boyukmillet.com bu barədə Qubadlı rayon prokurorluğuna istinadən xəbər verir. Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.
Read More »Bakıda 11-ci sinif şagirdi ölüb
“Gənc İstedadlar” Liseyində təhsil alan 11-ci sinif şagirdi Vaqif Məmmədov vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə liseydən bildirilib. Qeyd olunub ki, o, qəfil ürəktutmasından dünyasını dəyişib.
Read More »“Poçt göndərişləri” gömrük postunda dərman preparatları aşkar edilib – FOTO – VİDEO
Poçt göndərişləri vasitəsilə dərman preparatlarının qeyri-qanuni şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda Türkiyə Respublikasının Bursa şəhərindən Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşının ünvanına göndərilən yükə gömrük baxışı keçirilib. Rentgen qurğusunda aparılan yoxlama zamanı müşayiət sənədlərində yataq dəsti kimi göstərilən yükün içərisində …
Read More »Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı vətənə qayıdıb
Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb. Bu barədə “Report”un Muğan bürosuna tələbənin atası Amin Abdullayev məlumat verib. Belə ki, H. Abdullayev əvvəlcə Polşaya, ordan isə Macarıstan vasitəsilə Bakıya gəlib. Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov …
Read More »Fərruxda tapılmış meyit qalıqlarının azərbaycanlılara aid olduğu sübut edilib – RƏSMİ
Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının ekspertizası onların azərbaycanlılara aid olduğunu sübut edir. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumatda xatırladılıb ki, cari ilin mart ayının sonunda Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilib: “Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların …
Read More »Bakıda 15 yaşlı qız 23 gündür itkin düşüb – FOTO
Bakıda 15 yaşlı qız itkin düşüb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Xəbərə görə, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Məmmədova Nilüfər Elxan qızı 29 mart 2022-ci il tarixində yaşadığı evdən xəbərsiz çıxaraq itkin düşüb. Onun barəsində məlumatı olan şəxslərdən Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. Həmçinin, N.Məmmədovanın yeri barədə …
Read More »Metropolitenin əməkdaşı işdə ürək tutmasından ölüb
Bakı Metropolitenində ölüm hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında metropolitendə stansiyalar sərnişin girişinə açılmazdan əvvəl süni qurğular təmirçisi, 1961-ci il təvəllüdlü Vamiq Həsənov gecə növbəsindən işdən çıxarkən ürək dayanmasından dünyasını dəyişib.
Read More »Kəlbəcərdə hərbçimiz minaya düşüb, cinayət işi başlanıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb. Boyukmillet.com xəbər verir ki, hadisə ötən gün Kəlbəcərin Ağcakənd kəndi istiqamətində baş verib. Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşərək xəsarət alıb. O, hospitala yerləşdiirlib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya …
Read More »“Tərtər işi” üzrə 16 şəxs barəsində çıxarılan hökmlər ləğv edilib
“Tərtər işi” ilə bağlı 16 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar