Cümə , 5 Dekabr 2025

hadisə

Neftçalada kişi arvadını evdə, qayınatasını isə parkda bıçaqlayıb

Neftçalada kişi arvadını və qayınatasını bıçaqlayıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu qəsəbədə yerləşən parkda bədən xəsarəti yetirib. Sonra isə arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək ona xəsarətlər yetirib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət …

Read More »

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya “kələm” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilib. Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması tətbiq …

Read More »

Şəmkirdə ölən əsgərin anası: “Mən tam əminəm ki, oğlumu qətlə yetiriblər”

Şəmkirdə hərbi xidmətdə olan çavuş Sadiq Mirzəbəyov naməlum şəraitdə başından güllə yarası alaraq vəfat edib. Boyukmillet.com xəbər verir ki, hadisə bu il iyulun 10-da baş verib. Mərhumun anası Mədinə Hüseynova Meydan TV-yə müraciət edərək bildirib ki, oğlunun ölümü ilə bağlı ailəyə rəsmi və inandırıcı izahat verilməyib. Ailə Sadiq Mirzəbəyovun ölümü ilə bağlı sualların cavablandırılmasını və obyektiv araşdırma aparılmasını istəyir. Onlar …

Read More »

Masallıda əməliyyat keçirilib, 39 kq narkotik aşkar olunub

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Bu barədə  nazirlikdən məlumat verilib. Bildirilib ki, Masallı rayonunda keçirilən növbəti əməliyyat zamanı 1987-ci il təvəllüdlü Rüstəm Abdullayev saxlanılıb. Ondan 39 kq tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb. R.Abdullayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü …

Read More »

Külli miqdarda narkotiki ölkəyə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış, sərhəd axtarışı həyata keçirilib. Keçirilmiş təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerindən uzaqlaşmağa …

Read More »

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam edir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ …

Read More »

Polis Maştağada xüsusi əməliyyat keçirib, pomidor istixanasında 881 kiloqram narkotik vasitə aşkarlanıb

Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Toplanan sübutlar əsasında …

Read More »

Bakıda ata həbsdəki oğluna narkotik vasitə gətirib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə  xidmətdən məlumat verilib. Bildirilib ki, həbs olunmuş şəxs İsmayıl Aqil oğlu Gülməmmədova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman şalvarının cibində gizlədilmiş 1 ədəd bükülüdə metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Read More »

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Prezidentə müraciət edilib

“Toplum TV iși” üzrə həbsdə olan media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin səhhətindəki problemlərlə əlaqədar Prezidentə müraciət olunub. Ələsgər Məmmədli 2024-cü il martın 8-də “ToplumTV işi” çərçivəsində həbs olunub. “Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb. Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb. Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar,  sonradan ittihamlar daha da ağırlaşdırılıb. Hazırda bu işlə bağlı …

Read More »