Cümə axşamı , 19 Fevral 2026

hadisə

Azad edilən ərazilərdə daha 159 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan  verilən məlumata görə, fevralın 1-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 63 mina və 601 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 379,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan …

Read More »

Abşeronda iki nəfər dəm qazından zəhərlənib

Abşeron rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib. “Bouyukmillet.com”un məlumatına görə, hadisələr Saray və Hokməli qəsəbələrində qeydə alınıb. Belə ki, Saray qəsəbə sakini, 1985-ci il təvəllüdlü Firuzə Kərimova və Hökməli qəsəbə sakini, 2007-ci il təvəllüdlü Mustafayeva Rəsmiyyə Qənbər qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hər iki fakt araşdırılır.

Read More »

Kiyev sakinləri kütləvi olaraq şəhəri tərk etməyə çalışırlar – FOTOREPORTAJ

Ukraynanın paytaxtı Kiyevin dəmiryol vokzalında izdiham yaşanır. Boyukmillet.com xəbər verir ki, şəhər sakinləri kütləvi olaraq Kiyevi tərk etməyə çalışırlar. Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən ciddi texnika itkisinə baxmayaraq Rusiya ordusu Kiyevə hücumu davam etdirir. Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları üçün bugün yerli vaxtla 12:00-da Kiyevin dəmir yol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola …

Read More »

Bakıda yol qəzasında 3 nəfər xəsarət alıb

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş. “Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. 20-ci sahədə “Ravon” markalı avtomobil “Daewoo” markalı avtomobillə toqquşub. Hadisə zamanı 25 yaşlı Heybət Məhərrəmov, onun həyat yoldaşı, 24 yaşlı Şəbnəm Məhərrəmova, digər avtomobilidə olan Elşən Hacıyev xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Azərbaycanda vəzifəli şəxslər həbs edilib

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin vəzifəli şəxsləri həbs edilib. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət …

Read More »

Sərhədin Zəngilan istiqamətindən Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 5 kq narkotikin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, fevral ayının 20-də saat 00:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozul­masına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. …

Read More »

Xocavənddə xeyli sayda partlayıcı vasitələr aşkar edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar edilərək təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən xeyli sayda partlayıcı vasitələr aşkar edilib. Tapılan 146 müxtəlif növ mərmi, 5 müxtəlif növ qumbara və 415 müxtəlif çaplı patron götürülərək …

Read More »

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq törətmiş şəxsə cinayət işi açılıb

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq törətmiş şəxsə cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Süphan Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilmiş …

Read More »

Qubada narkokuryerlər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri – Sahil Məmmədov, Hüseyn Məmmədov və Siyəzən rayon sakini Eldar İlyasov saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, onların üzərindən külli miqdarda, yəni 1 kiloqramdan artıq heroin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə …

Read More »