Bazar , 19 Yanvar 2025

hadisə

Lənkəranda karantin qaydalarının pozulduğu 5 obyekt aşkarlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən 1 çay evində karantin rejim qaydalarına zidd olaraq qəlyan xidmətinin göstərildiyi, 4 “Playstation” oyun zalında isə …

Read More »

Goranboyda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Martın 24-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib. RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. …

Read More »

Bakıda sürücünü bıçaqla hədələyib maşınını əlindən aldılar

Bakı şəhər sakininə bıçaqla xəsarət yetirilib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Abşeron Rayon Polis İdarəsi (RPİ) və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də Bakı şəhər sakini X.Məmmədova bıçaqla xəsarət yetirib, 300 manat pulunu və “Mercedes” markalı avtomobilini almaqda və həmin avtomobilin üzərinə başqa dövlət qeydiyyat nişanlarını …

Read More »

Qubada yas mərasimi keçirənlər cərimələniblər

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Mirzəməmmədkənd kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən ediblər. Polis əməkdaşları tərəfindən …

Read More »

Bakıdakı metro terroruna görə ömürlük cəza alan şəxs ƏFV EDİLDİ

Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu əfv edilib. Boyukmillet.com  xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında onun da adı var. Sərəncama əsasən, A.Aslanov ömürlük azadlıqdan məhrum etmə cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası …

Read More »

Sağlamlıq imkanları məhdud uşaqlarin məktəbində müəllim şagirdi döydü

Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllim şagirdi döyüb. Boyukmillet.com-un xəbərinə görə, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb. Məsələyə internat məktəbi hələ ki, münasibət bildirməyib.

Read More »

Tərtərdə toy məclisi təşkil edən şəxslər müəyyən edildi

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Cəmilli kənd sakini Firdovsi Rüstəmovun yaşadığı evdə qonaqların iştirakı ilə övladı üçün yığcam toy məclisi təşkil etmək istədiyi müəyyən olunub. Polis əməkdaşları F.Rüstəmovla …

Read More »

Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Ağdam rayonunun işğaldan azad olunan ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər. Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində …

Read More »

Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın olub, 6 mənzilə ziyan dəyib

“Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 19” ünvanında yerləşən Humanitar kollecin (keçmiş Mədəni Maarif Texnikumu) yataqxanasının həyətində bir birinə bitişik, kustar üsulla taxta materialdan inşa edilmiş tikililərdə yanğın olub, nəticədə 150 kv metr sahə yanıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb. “Komitənin nümayəndələri hadisə yerinə …

Read More »

Bakıda yük avtomobili aşıb, toyuqlar asfalta tökülüb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, diri toyuq daşıyan yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə içərisində toyuqların olduğu yeşiklər asfalta tökülüb. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü ağır xəsarət alıb. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yük avtomobili aşdığından Moskva prospektindən Biləcəri dairəsi istiqamətdə gedən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. …

Read More »