Şənbə , 18 Yanvar 2025

hadisə

Bakıda özünü 20-ci mərtəbədən atan gənc qız avtomobilin üzərinə düşüb

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. Boyukmillet.com-un xəbərinə görə, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. Qadın evin həyətində olan avtomobilin üzərinə düşüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Talış kəndində minaya düşən şəxs iki dəfə cərimələnib – Nazirlik

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəsüflər olsun ki, bəzi şəxslərin nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.   Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, dünən Tərtər rayon sakini Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi “Niva” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd etmiş  və bu zaman …

Read More »

Bakıda Sevgililər Gününü qeyd edən 15 nəfər cərimələndi

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub. DİN Mətbuat xidmətindən  verilən məlumata görə, “Cənub” kafesində 14 fevral – Sevgililər Günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb. İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq, barələrində inzibati protokollar tərtib olunub.

Read More »

Suriyadan Türkiyə ərazisinə keçməyə çalışan İŞİD üzvləri saxlanılıb

Türkiyənin Hatay şəhərinin Narlıca rayonu istiqamətində Suriyadan qeyri-qanuni yollarla ölkəyə girməyə çalışan 5-i Rusiya, 1-i Liviya vətəndaşı olmaqla 6 nəfər yaxalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Saxlanılanlar arasında yer alan rusiyalı qadının İŞİD terror təşkilatının üzvü olmaqdan axtarışda olduğu bildirilib. Xatırladaq ki, ötən gün qeyri-qanuni yollarla Suriyadan Türkiyəyə girməyə çalışan 3 Yeni Zelandiya vətəndaşı …

Read More »

Türkiyə vətəndaşı Gürcüstanda külli miqdarda saxta dollarla saxlanılıb

Türkiyə vətəndaşı Gürcüstanda külli miqdarda saxta pul əskinaslarının satışı faktına görə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib. İstintaqla müəyyən edilib ki, bu ilin yanvar ayında qanunsuz maddi gəlir əldə etmək məqsədilə əcnəbi vətəndaş 200 ədəd saxta 100 dollar hazırlayıb. 20 min dollar dəyərində olan saxta pullar istintaq tədbirləri çərçivəsində müsadirə olunub. Faktla bağlı istintaq davam etdirilir. Saxlanılan …

Read More »

Bakıda kişini zəncirlə bağlayan mağaza sahibi məsuliyyətə cəlb edilib

Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində (DİN) araşdırılıb. DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub. Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir …

Read More »

Azərbaycanda 4 tona yaxın narkotik vasitə və psixotrop maddə müsadirə edilib

Ötən il Azərbaycanda müsadirə edilən narkotik vasitə və psixotrop maddənin miqdarı açıqlanıb. Boyukmillet.com  xəbər verir ki, 2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Bu da 2019-cu ilin göstəricisindən 13,3 faiz çoxdur. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 …

Read More »

“Əli və Nino” kitab mağazasının işçiləri qarət olunub

“Əli və Nino” kitab mağazasından oğurluq olub. Boyukmillet.com  xəbər verir ki, bunu mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib. Onun sözlərinə görə, hadisə fevralın 15-də axşam saat 21:12-də Zeynalabdin Tağıyev küçəsi 19 ünvanında (Fəvvarələr meydanı) yerləşən filialında baş verib: “Oğrular 3 nəfər olub, onlardan biri satıcıların başını qatıb, digər iki nəfər arxa otağa keçərək işçilərin çiblərini soyub, dükanın mobil telefonunu və …

Read More »

Əli Həsənovun DİN-də çalışan qaynı işdən çıxarıldı – EKSKLÜZİV

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Qeyd edək ki, C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Xatırladaq ki, C.Vəliyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər …

Read More »