Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə davam edib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hüquq və vəzifələri yenidən izah edilib. Ramin Şükürovun vəkilləri təqsirləndirilən şəxsin qulaqlarında …
Read More »Lerikdə çətin relyef şəraitində əməliyyat keçirilib, 20 kiloqram narkotik vasitə aşkarlanıb
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçiriblər. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un yerli bürosuna verilən məlumata görə, tədbirlərlə 26 yaşlı Məhəmməd Şıxəliyev və Natiq Xəlilov saxlanılıblar. Onlardan 20 kiloqram marixuana və 1990 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə gəldikləri avtomobili orada qoyaraq çətin relyefli ərazidə gizli …
Read More »Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi
Milli Qəhrəman Natiq Qasımovun anası rəhmətə gedib. Milli Qəhrəmanın anası 1942-ci il təvəllüdlü Dursun Qasımova bu gün Gəncədə rəhmətə gedib. Onun sabah Gəncədə dəfn edilməsi nəzərdə tutulub.
Read More »Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub
Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, …
Read More »Ötən gün 9 tondan çox çətənə kolu məhv edilib
Azərbaycanda iyulun 25-də yabanı halda bitmiş 9,3 tona yaxın çəkidə 28165 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 34,7 kiloqramdan artıq narkotik vasitə və 23 psixotrop tərkibli həb götürülüb.
Read More »Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanda müşahidə olunan isti və quru hava şəraiti ilə əlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə və açıq sahələrdə yanğınların baş vermə riskini xeyli artırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraicətində qeyd edilib. Qeyd edilib ki, FHN tərəfindən meşə və meşəətrafı …
Read More »Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı biznesmenin ofisində axtarışlar aparır
Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri cümə günü Moskvada azərbaycanlı biznesmen Rəhman Xəlilova məxsus neft məhsullarının daşınması ilə məşğul olan Railgo şirkətinin ofisinə axtarışa başlayıblar. “Report”un sosial şəbəkədə yayılan məlumatlara istinadən verdiyi xəbərə əsasən, ərazidə xüsusi təyinatlılar və müstəntiqlər işləyirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri müsadirə edir və işçiləri binadan çıxmağa qoymurlar.
Read More »FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir
Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Qeyd edilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət …
Read More »Pirallahıda əməliyyat keçirilib, 42 kq narkotik vasitə aşkar olunub
Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş rayon sakini 50 yaşlı Maqsud Cəfərov saxlanılıb. Sözügedən şəxs ifadəsində …
Read More »Ağdamın Gülablı kəndində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib
Ağdam rayonu Gülablı kəndi ərazisində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib. “Report”un Qarabağ bürosunun xəbərinə görə, ötən gün Gülablı kəndində başlayan yanğın geniş əraziyə yayılaraq Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
