İşğaldan azad edilmiş ərazilərə keçmək istəyən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki,bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində bir nəfər Beyləqan rayon sakini idarə etdiyi “QAZel” markalı avtomobillə nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd edib. Onun bu əməlinin qarşısı …
Read More »Bakıda Türkiyənin Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
“Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb”. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. “O, ilkin izahatında əməlini etiraf edib. Müvafiq araşdırmalar davam etdirilir”, – DİN rəsmisi əlavə edib.
Read More »Azərbaycan və Türkiyə İşçi qrupu yaradır, birgə fəaliyyət planı hazırlanacaq
Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsinin təmsilçilərindən ibarət İşçi qrup yaradılacaq və birgə fəaliyyət planı hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı hər iki qurumun nümayəndələri arasında Ankarada baş tutan görüşdə razılıq əldə olunub. İdarənin sədr müavini Abdulhadi Turus qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək QHT Agentliyi ilə bir çox sahələrdə əməkdaşlıq …
Read More »DİN məktəblərdə “patı” satışı barədə iddialara cavab verib
“Konkret fakt verən yoxdur. Danışırlar, yazırlar ki məktəbdə “patı” var, “patı” satırlar. Polis münəccimlik etməlidir? Faktsız olan bütün iddialar əsassızdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. “Məktəbi, təhsili, müəllimi qorumaq hər bir vətəndaşın təməl vəzifəsidir”, – DİN rəsmisi əlavə edib.
Read More »Bakıda məktəbdə nalayiq hərəkətlər edən şagirdlərin izahatı alınıb, müəllimə töhmət verilib
Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. 165 nömrəli tam orta məktəbdən verilən məlumata görə, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün təqdimat verilib. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb: “Üzrxahlıq edən …
Read More »Abşeronda dayı bacısı oğlunu güllələyib
Beyləqan sakini bacısı oğlunu güllələyib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbəsi ərazisində qəsəbə sakini K.Səfərlinin tüfəngdən açılan atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə K.Səfərliyə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, …
Read More »Bakıda kassir mağazadan 55 min manat pul oğurlayıb
Bakıda kassir mağazadan 55 min manat pul oğurlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55 min manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin mağazada kassir işləyən Neftçala rayon …
Read More »Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə “Opel” markalı minik maşınının toqquşması nəticəsində hər iki avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüblər və ikisi azyaşlı olmaqla 5 nəfər Göyçay rayon …
Read More »Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib
Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib. Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət …
Read More »Kürdəmirdə dəfələrlə məhkum olunmuş qadın “falçı” saxlanılıb
Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir rayon sakini olan bir qadın rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək yanvar ayının 19-da tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini və fala baxmaq adı ora daxil olduğunu, həmin zaman isə onun huşunun …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar