Cümə axşamı , 19 Fevral 2026

hadisə

İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 22 kiloqram 496 qram narkotik vasitənin və 1090 ədəd psixotrop maddənin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, yanvar ayının 6-da saat 00:25 radələrində Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun …

Read More »

Baş prokuror: “Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb”

“Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Bunlar beynəlxalq məhkəmələrə müraciət edəndə də istifadə olunub. Həm də ikitərəfli qaydada həmin şəxslərin tapılması, təhvil verilməsi istiqamətində işlərimiz davam etdirilir. Bir neçə belə hal olub. Bunlarla bağlı mətbuata əvvəllər də bildirmişik ki, Azərbaycana qarşı törədilmiş cinayətlərdə iştirakı olan Ermənistan vətəndaşları və …

Read More »

Kamran Əliyev 20 Yanvar hadisələrinin istintaqından danışıb

“1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayət törədilib. Bu, bəşəriyyət, insanlıq əleyhinə olan cinayət kimi tərəfimizdən qiymətləndirilib, hüquqi qiymət verilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Bildiyiniz kimi, həmin dövrdə Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün o vaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Mixail Qorboçov tərəfindən belə bir qərar …

Read More »

Baş prokuror: “Heç kim “Tərtər işi”ndən siyasi məqsədlərlə istifadə edə bilməyəcək”

“”Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb. Heç kim bu işdən siyasi məqsədlərlə istifadə edə bilməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib. “Tərtər hadisələri olub. Bununla bağlı araşdırma aparılır”, – o vurğulayıb. Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə …

Read More »

Sabiq deputata cinayət işi açıldı – Həbs oluna bilər

“Ştutqart” MMC-nin rəhbər şəxslərinə cinayət işi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən BakuPost.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat və vətəndaş müraciəti əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma başa çatıb. Müəyyən edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin …

Read More »

Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb

Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar Səbail Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb. Qeyd olunan hərəkətlərdə …

Read More »

İmişlidə axtarışda olan qadın narkotacir saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bəhrəmtəpə qəsəbə sakini Yadigar Nəsirov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dindirilmə zamanı Y.Nəsirov narkotik maddəni tanışı Füzuli adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər dəfələrlə narkotiklərə görə məhkum olunmuş …

Read More »

Fransalı reqbiçi özünü binadan ataraq intihar edib

Fransanın “Ruan” klubunun reqbiçisi Jordan Mişalle intihar edib. “Report”un yerli mətbuata istinadən məlumatına görə, 29 yaşlı oyunçu əvvəlcə yol qəzasına düşüb. Daha sonra isə yaxınlıqdakı binaya çıxaraq, özünü 4-cü mərtbədən yerə atıb. Mişallenin hansı səbəbdən həyatına qəsd etdiyi bəlli deyil.

Read More »

Salyan sakini intihar edib

Salyan sakini intihar edib. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhər 20 Yanvar küçəsində qeydə alınıb. Belə ki, həmin küçədə yaşayan 88 yaşlı Əliyev Ramiz Əkbər oğlu özünə ov tüfəngi ilə atəş açaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Read More »