Goranboyda gənc oğlanın minaya düşməsi hadisəsinin bəzi təfərrüatları məlum olub. “Report”un Qərb bürosunun məlumatına görə, rayonun Tap Qaraqoyunlu kənd sakini, 26 yaşlı Vüqar Maqsud oğlu Məmmədov İncəçayı keçən zaman minaya düşüb. Ağır yaralanan V.Məmmədov sürünərək həmin ərazidən uzaqlaşıb və mobil telefonundan yaxınlarına zəng edərək kömək istəyib. Yaxınları onun olduğu yerə gedib və Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Zərərçəkmişin sol ayağı …
Read More »ANAMA: “İndiyədək Ağdamda mina partlaması nəticəsində 24 nəfər həlak olub”
“Ağdam şəhərində 780 ha ərazi təmizlənib və nəticədə 1 850 mina və partlamamış aşkar eidlib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov işğaldan azad edilən ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, Bərdə-Ağdan elektrik xətti, Ağdam şəhərinə gedən yol təmizlənib: “Həmçinin yolun ətrafı da təmizlənib. Bizdə …
Read More »Şuşada aşkarlanan minaların sayı açıqlanıb
“Şuşada ümumilikdə 1 684 ədəd patlamamış mina və silah sursat aşkar edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov işğaldan azad edilən ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ümumilikdə 38 bina və 573 yaşayış sahəsində təmziləmə işləri aparılıb və Şuşa şəhərinin özündə heç bir mina və …
Read More »Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək
Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəməsi Bakıda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, cinayət işi üzrə məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdiriləcək. Proses Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrlik edəcək. Xatırladaq ki, yanvarın əvvəlində N.Zeynalovun cinayət işi üzər hazırlıq iclası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilmişdi. …
Read More »DİN Katibliyinə yeni rəis təyin olunub – EKSKLÜZİV
Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə Katibliyin rəisi təyin edilib. DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, DİN Katibliyinin əvvəlki rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət …
Read More »Cəlilabad sakinində qanunsuz odlu silah aşkar edilib
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini S.Məmmədovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən həmçinin rayon sakinləri S.Yarıyev və S.Piriyevin …
Read More »DİN: Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı fakt nəzarətə götürülüb
Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan videogörüntülərlə əlaqədar …
Read More »Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, onlardan birinin oğurluq əməlinin də üstü açılıb. Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Cəfər Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 20 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Əməliyyat …
Read More »Zəngilanda zəlzələ olub
Yanvarın 16-da Ordubad stansiyasından 49 kilometr şimal-şərqdə Zəngilan ərazisində zəlzələ baş verib. Boyukmillet.com xəbər verir ki, yerli vaxtla saat 07:25-də qeydə alınan zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.
Read More »Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub
Adı çəkilən ünvanda 2 girişli həyətdəki binanın 2-ci mərtəbəsində Bakı Qızlar Universiteti, alt qatda isə müxtəlif profilli qeyri-yaşayış sahələri yerləşir. Ağarəhim Rəhimov isə həyətə girişi bağlayaraq mülkiyyətçilərin hüquqlarını pozub. Mülkiyyətçilərdən birinin qanuni təmsilçisi Ravil Novruzov məsələ ilə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya müraciət edib. Həmin müraciətin bir surəti …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar