Qohumunun avtomobilini sökərək ehtiyat hissələrini satan şəxs saxlanılıb Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Yeddioymaq kəndində yerləşən yaşayış evlərindən birinin qarajında olan “VAZ-21074” markalı avtomobilin ümumilikdə 1500 manat dəyərində akkumlyator, 5 ədəd təkər, radiator və digər ehtiyat hissələrinin sökülərək oğurlanması barədə polisə müraciət edilib. Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə …
Read More »Bakıda ana və övladları ölümdən son anda qurtuldu – VİDEO
Paytaxt yollarında hərəkətin təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq Bakıda 139 küçədə təhlükəsizlik tumbaları quraşdırılıb. Bu barədə “Report” Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir. Məlumatda bildirilir ki, tumbalar əsasən qəza riski yüksək olan yollarda və yol kəsişmələrində quraşdırılır: “Paytaxtın digər ərazilərində də təhlükəsizlik tumbaların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir. BNA-nın yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı …
Read More »Karantin rejimi qaydalarını pozan idman zalı aşkarlandı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradılması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə icazə verilməyən idman zalı aşkar edilib. Keçirilən nəzarət-profilaktik tədbirlər zamanı 9-cu mikrorayon M.Cəlal küçəsində …
Read More »Güclü külək Bakıda ağac və işıq dirəyini aşırdı – FOTO
Bakıda güclü külək nəticəsində ağac aşıb. Boyukmillet.com-un məlumatına görə, hadisə Təhsil Nazirliyinin yaxınlığında baş verib. Külək nəticəsində qırılan ağac işıq dirəyini də aşırıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 15-18, Bakıda gecə 11-13, …
Read More »Bakıda avtomobillə vurulan 17 yaşlı gəncin ayağı sındı
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Zabrat qəsəbəsində, 2004-cü il təvəllüdlü Şirinov Riad Mehman oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub. Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ayağının sınığı diaqnozu qoyulub.
Read More »Müğənni Aslan Hüseynovun öldüyü qəza yerindən – FOTOLAR
Müğənni Aslan Hüseynov Qaradağ rayonu ərazisində qəzada vəfat edib. Boyukmillet.com xəbər verir ki, BMW markalı avtomobili idarə edən A.Hüseynov “KamAz” markalı yük maşını ilə toqquşub. İlkin məlumata görə, A.Hüseynov sükan arxasında yuxuya gedib. Faktla bağlı cinayət işi açılıb. Hadisə yerindən fotoları avtosfer.az saytı yayıb.
Read More »Yük avtomobilində 244 kiloqramdan çox heroin aşkar edilib
Gömrükçülərin həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib. Boyukmillet.com -un Dövlət Gömrük Komitəsində istinadən verdiyi məlumata görə, belə ki, 244 kiloqramdan artıq narkotik vasitə – heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb. Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana “Bitum membranı” yükü aparan “DAF” markalı, “WE261EW/UU260V” dövlət qeydiyyat …
Read More »Polis Xudayarı təhqir edən şəxsi döyənləri tapdı: dayısı, qardaşı və xalası oğludur
Sosial şəbəkədə Şəhid Xudayar Yusifzadə haqqında ironiyalı status yazan Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. E.Zahidov qeyd edib ki, həmin şəxsin döyüldüyünü əks etdirən videogörüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb: “Fakta görə Binəqədi Rayon Polis İdarəsində Cinayət …
Read More »Xudayarla bağlı “zarafat”ına görə döyülən gənc danışdı: “Mən paylaşmaq üçün deməmişdim” – VİDEO
Oxuduğu mahnı ilə yaddaşlara yazılan şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz, “zarafatyana” status yazan şəxsin döyülməsi görüntüləri sosial şəbəkələrdə rezonans doğurub. İstifadəçilərin dediklərinə görə “zarafat”ı yazan şəxs ilə döyülən Fuad Rəsulzadə fərqli adamlardır. Paylaşımdan bir neçə gün sonra gələn təzyiqlərə görə Fuad Rəsulzadə hadisənin necə baş verdiyini açıqlayan paylaşım edib, lakin bir qədər sonra silib. Boyukmillet.com xəbər verir ki, Baku TV-yə danışan F.Rəsulzadə …
Read More »Yevlaxda kişi 4 yaşlı ögey oğlunu döyərək işgəncə verib
Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qalıb. Boyukmillet.com-un xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 40 yaşlı Paşa Laçınov ögey oğlu 4 yaşlı M.D.-ni (şərtidir) döyərək ona işgəncələr verib. Yevlax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadan “Report”a bildirilib ki, faktla bağlı məsələ araşdırılır. Qeyd olunub ki, …
Read More »