Bazar , 11 Yanvar 2026

hadisə

Avtomobil arakəsməyə çırpıldı, 4 nəfər xəsarət aldı

Ucar rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb. “Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan” Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Nəticədə Göyçay rayon sakinləri – 1997-ci il təvəllüdlü Rəsul Kamal oğlu Məmmədli, 1994-ci il təvəllüdlü …

Read More »

Lənkəranda “patı” əməliyyatı, biri qadın olmaqla 16 nəfər saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini …

Read More »

Xocalıda tikinti şirkətinin əməkdaşları minaya düşüb

İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Xocalı Rayon Prokurorluğundan  verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma …

Read More »

Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş xarici vətəndaşın məhkəməsi keçiriləcək

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasa Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, ittihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak …

Read More »

Ağdama qanunsuz daxil olmaq istəyən şəxslər həbs edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyulun 20-i saat 16 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş …

Read More »

Cəbrayıl istiqamətində naməlum şəxslər sərhədi pozub

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitə­lərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, son günlərdə DSX-nin Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 28 kiloqram 390 qram narkotik vasitəyə …

Read More »

Lənkəranda “patı” əməliyyatı keçirilib, 7 nəfər saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və “patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər şəxs saxlanılıb. Bu əməliyyatlarla ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri …

Read More »

Restoran sahibi 200 nəfərlik toya görə dörd min manat cərimələndi

Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndi ərazisində yerləşən “Talaçay” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən “icazə.e-gov.az” portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq …

Read More »

Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub, o, azadlığa buraxılıb

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının fəalı Tofiq Yaqublu azadlığa buraxılıb. O bildirib ki, Tofiq Yaqublunun ev dustaqlığı həbs qətimkan tədbiri ləğv edilib: “Həmçinin cəzasının çəkilməyən hissəsi 2 il 6 ay sınaq müddəti tətbiq olunmaqla dəyişdirildi”.

Read More »

Şəkidə ərə verilən 15 yaşlı qız valideynlərinin evinə qaytarılıb, ailə nəzarətə götürülüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısını alıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Onun sözlərinə görə, yeniyetmə ailəsinə təhvil verilib və ailə nəzarətə götürülüb. O bildirib ki, Dövlət Komitəsinin nümayəndələri faktın yerində araşdırılması məqsədilə aidiyyatı qurumun əməkdaşları və psixoloqlar ilə birlikdə …

Read More »