Cümə axşamı , 19 Fevral 2026

hadisə

Zərdabda narkotik tərkibli bitkilər aşkar edilib

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbir zamanı rayonun Alıcanlı kəndi ərazisində çəkisi 1,4 tondan artıq olan 1275 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Read More »

Binədə sex yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Read More »

Samuxda 49 yaşlı kişi bıçaqlanıb

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet/com xəbər verir ki, hadisə Çobanabdallı kəndində qeydə alınıb. Rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibov şəxsi münasibətlər zəminində rayonun Lək kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Qənbərovu bıçaqlayıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. E.Qənbərovun vəziyyəti kafi qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən …

Read More »

Daşkəsəndə qonşular arasında mübahisə olub, xəsarət alan var

Daşkəsən rayonunda 2 qonşu arasında mübahisə yaşanıb, xəsarət alan var. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Çanaqçı kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Səadət Qasımova ilə qonşusu olan yaşlı qadınla şəxsi münasibətlər zəminində mübahisə yaşanıb. Bu zaman S.Qasımova daşla qonşusunun evinin pəncərələrini sındırıb. Onun hadisə yerinə gələn yaşlı qadının oğlu, Tahir Qurbanovla da mübahisəsi yarandığı bildirilir. S.Qasımova xəsarət alaraq xəstəxanaya müraciət edib. Faktla bağlı araşdırma …

Read More »

Kür çayındakı adalarda 21 ton narkotik yetişdirilməsi faktı aşkarlanıb – VİDEO

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib. DİN-dən “Report”a verilən məlumata görə, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Kür çayının Ağdaş rayonu Pirəzə kəndi ərazisindən keçən hissəsində yerləşən adada külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə …

Read More »

Yabanı halda bitən çətənə kolları məhv edilib

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb Mərkəzinə verilən məlumata görə, ümumi çəkisi 3 ton olan, 4 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Read More »

Bakıda 30 yaşlı gənc oğlan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Xankişiyev Telman Əmirullah oğlu dava zamanı bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qarın boşluğunda daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Bakıda qanunsuz narkotik vasitələr satan 2 nəfər saxlanılıb – VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Seyidağa Ağayev saxlanılıb. Onun Hövsan qəsəbəsi, Südçülük Sovxozunda yerləşən evinin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 40 ədəd ümümi çəkisi …

Read More »

Qubada 46 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Quba rayonunda 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Mahir Mustafaqulu oğlu Turabov həyətyanı sahəsindəki su mühərrikini təmir etmək istəyib. Bu zaman onu elektrik cərəyanı vurub. Hadisə yerinə Quba Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər. Faktla bağlı …

Read More »